Menu
Geri İrəli

Sumqayıtdakı partlayışda yanan ana öldü, oğlu isə reanimisiyadadır

Müəllif: sumqayitxeber.com • Tarix: 26 May 2014 • Baxış sayı: 904 dəfə • Şərh yoxdur

Xestexanaya-dushenSumqayıt şəhəri “Qurd dərəsi” adlandırılan ərazidə yaşayanlar – Mahizər Abdurəhmanova və oğlu Murad evdəki vanna otağında  “Ariston” su qızdırıcısının partlaması nəticəsində yanıq xəsarəti alaraq Respublika Yanıq Mərkəzinə aparılıb. Mərkəzin baş həkimi Vüqar Ələkbərov Modern.az-a xəsarət alanların dünən axşam saatlarında xəstəxanaya daxil olduqlarını bildirib: “Səhərə yaxın Mahizər Abdurəhmanova dünyasını dəyişdi, çünki vəziyyəti çox ağır idi. Bədəninin 95-98 faizi (3-cü dərəcə) ağır yanmışdı. 10 yaşlı oğlanın isə bədəninin 60 faizi yanıb, reanimasiyadadır”.

Həkim uşağın həyatı üçün təhlükəsinin çox olduğunu vurğulayıb.

Gülşən RAUFQIZI

Facebook Şərhləndirmə:

Şərhinizi yazın