Menu
Geri İrəli

Sumqayıtdakı partlayışda yaralananlar Bakıya aparıldı – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyul 2015 • Baxış sayı: 1,613 dəfə • Şərh yoxdur
Share Button

af4b1e338c48de8d1f1d6da52939ef91Yaralılardan 2-si uşaqdır

Sumqayıtda yaşayış binasında baş verən partlayış zamanı xəsarət alanlar Bakı şəhəri Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Yanıq Mərkəzindən Lent.az-a verilən məlumata görə, partlayış zamanı xəsarət alanlardan Bazurova Kristina ( 1986) və Qədəşova Svetlananın ( 1963) vəziyyəti ağır olaraq qalır. Yanıq Mərkəzinin uşaq şöbəsinə yerləşdirilən Lova və Zaur adlı azyaşlıların vəziyyəti isə normal olaraq qiymətləndirilir.

***

11:52

Sumqayıtda yaşayış binasında baş verən partlayışda yaralanan 5 nəfərdən birinin vəziyyəti ağırdır, qalan xəstələrin vəziyyətləri orta-ağır qiymətləndirilir. Şəhər Təcili Yardım Stansiyasından Lent.az-a verilən məlumata görə, yaralananlardan 2-si uşaq, 3-ü böyükdür.

11:34

Sumqayıtda yaşayış binasında partlayış olub.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Sülh küçəsi 34-cü məhəllədə qeydə alınıb.

Partlayış həmin ünvanda yerləşən dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib. Hadisə nəticəsində 5 nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın