Menu
Geri İrəli

Sumqayıtdakı poliklinikadan sakinlərlə yanaşı həkimlər də şikayətçidir

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Yanvar 2015 • Baxış sayı: 1,289 dəfə • 2 şərh
Share Button

33_16138.jpgSumqayıt sakinlərindən Birlik.az saytının redaksiyasına şikayət daxil olmuşdur. Sakinlərin şikayəti Sumqayıt şəhəri 8-ci mkr.-da yerləşən 3 sayli Sumqayıt şəhər uşaq poliklinikasindandır.

Şikayətçilər bildirirlər ki, poliklinikada istilik sistemi çəkilsə də, qışın ikinci ayı olmasına baxmayaraq, hələ də istilikdən əsər-əlamət yoxdur. Poliklinikada istiliyin olmaması nəinki sakinlərin, hətta həkimlərin iş prosesinə də böyük maneəçilik yaradır. Həkimlər özləri də bu məsələdən şikayətçi olduqlarını bildirirlər. Valideynlər uşaqların sağlamlığına məsul olan bir qurumda istilik sisteminin işləmədiyini hec cürə anlamadıqlarını söyləyirlər.

P.S Ümid edirik ki, yaranmış problem tezliklə öz həllini tapacaq.

P.S.S Mövzunu gündəmdə saxlayacayıq.

Birlik.az

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtdakı poliklinikadan sakinlərlə yanaşı həkimlər də şikayətçidir” yazısına 2 cavab

  1. Şəlalə deyir:

    Sumqayıt 8m/r-da yerləşən poliklinikanın istilik sisteminə nə ehtiyacı var? Onlar onsuzda yaxşı işləmirlər və işdədə gün ərzində 1 saat heç olmurlar

  2. Shaka deyir:

    Sadece biabirciliqdi,hardasa 1 ay bundan qabaq men de ushagi aparmishdim ora,ishiq yox idi,neinki istilik sistemi.Ses kuy birbirine qarishib,aglayan kim qishqiran kim,inanin saglam ushaq xeste cixar ordan!Hec 2 deq qala bilmedim,yazigim geldi butun ushaqlara.Bilmirsen kimi soyesen kime deyesen!

Şərhinizi yazın