Menu
Geri İrəli

Sumqayıtdakı qəzadan dəhşətli görüntülər

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Aprel 2014 • Baxış sayı: 2,419 dəfə • Şərh yoxdur
Share Button

312897Bu gün Sumqayıt şəhərində baş verən ağır yol qəzasında 1 nəfər ölüb, 25 nəfər yaralanıb.

ANS PRESS-in verdiyi məlumata görə, ölən şəxs avtobusun sürücüsü Ramiz Qurban oğlu Muradovdur. O, hadisə zamanı yerindəcə dünyasını dəyişib.

Yaralanlardan 16 nəfər reanimasiyada, 9 nəfər isə palatada müalicəsini davam etdirir.

Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən xəbərə görə, yaralılar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Hazırda onların müayinələri aparılır.

Xatırladaq ki, hadisə bu gün saat 17:00 radələrində Sumqayıt Texnologiya parkının yanında “İsuzu” markalı sərnişin avtobusu ilə “Ford” markalı yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Alınan məlumata görə, yük avtomobilini Behbudov Vaqif Azad oğlu idarə edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın