Menu
Geri İrəli

Sumqayıtdakı sökülən eyvanlardan yeni xəbər

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Avqust 2014 • Baxış sayı: 982 dəfə • 1 şərh

Bir neçə gün əvvəl Sumqayıtda “Xruşşov” layihəli binaların eyvanlarının sökülməsi haqda xəbər vermişdik. 

 773682
Şəhər sakinləri məsələ ilə bağlı yenidən “Qafqazinfo”ya müraciət ediblər. Onlar bildiriblər ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktor müavini Şakir Eyvazov Sumqayıtda “Xruşşov” layihəli yaşayış binalarında aparılan şüşə konstruksiyalı fasadlaşma işləri nəticəsində qanuni eyvanları sökülən vətəndaşlara məsələnin müsbət yöndə həll olunacağını bildirsə də, həmin binalarda işi icra edən iş icraçısı bunun qeyri mümkün olduğunu dyilib. Şakir Eyvazov lazımi instansiyalar ilə danışıb məsələnin vətəndaşların xeyrinə həll ediləcəyini və bununla bağlı iş icraçısına müvafiq tapşırıq verəcəyini deyib. İş icraçısı isə öz növbəsində bildirib ki, təqdim olunan layihə əsasında iş gördüyünü və bu layihəyə İnstitut tərəfindən düzəliş edilməli və təsdiqlənməlidir. Layihənin dəyişdirilməsini əlavə maliyyə məsrəfləri ilə qarşılaşacağını deyən iş icraçısı rəsmi göstəriş olmadan layihədən kanar heç bir iş görə bilməyəcəyini qeyd edib. Fasadlama nəticəsində eyvanlarının ölçüləri kəskin şəkildə kiçildilən sakinlər ölkə başçısına müraciət etməyə hazırlaşırlar.
Qeyd edək ki, Sumqayıt şəhərində Sülh prospektinin 36-cı məhəllə yerləşən hissəsində Xruşşov layihəli yaşayış binalarında aparılan şüşə konstruksiyalı fasadlaşma işləri vətəndaşlar arasında ciddi narazılığa səbəb olmuşdu.
Facebook Şərhləndirmə:

“Sumqayıtdakı sökülən eyvanlardan yeni xəbər” yazısına bir cavab

  1. Ilqar Allahverdiyev deyir:

    Mən yaşayıram 36 məh….9 ildir bina tikirlər qurtara bilmirlər.Gediş gəlışimiz zülmdu …yola çıxmaq ücün binanı dairəvi fırlanmalısan…bu haqsızlığa nəyəgörə tədbir görülmür ?

Şərhinizi yazın