Menu
Geri İrəli

Sumqayıtdan Bakıya gedən avtobus yandı

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2013 • Baxış sayı: 157 dəfə • Şərh yoxdur

Azərbaycanda sərnişin avtobusu yanıb.

avtobus yandiAbşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Masazır dairəsində qeydə alınıb.

Yanğın  1 saylı xətt üzrə Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən 10-TB-660 dövlət nömrə nişanlı “İSUZİ” markalı avtobusda qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin  əməkdaşları avtobusda olan sərnişinləri evakuasiya edərək yanğının qarşısını alıblar.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın