Menu
Geri İrəli

Sumqayıtdan Ramil Usubova qumarxana şikayəti

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Avqust 2013 • Baxış sayı: 234 dəfə • Şərh yoxdur

Sumqayit-Sheher-Polis-Idaresi11

 

 

 

 

 

 

 

 

 

 

 

Bir neçə gün bundan öncəAvropa.info Sumqayıt şəhərində qanunsuz fəaliyyət göstərən qumarxanalar haqda Sumqayıtda qumarxana icra başçısı ilə polis rəisini üz-üzə qoydu“ başlıqlı yazı vermişdi. Sözügedən məqalədə biz Sumqayıtda fəaliyyət göstərən və gündəlik gəliri 20-25 manat olan bir neçə kazinonun dəqiq ünvanını da göstərmişdik. Ancaq görünür, həmin qumarxanalar hüquq-mühafizə orqanlarının yüksək vəzifəli şəxsləri tərəfindən himayə olunduğu səbəbindən onlar barədə bu günə kimi heç bir hüquqi ölçü götürülməyib.

Bu gün Avropa.info-nun elektron ünvanına Sumqayıt şəhərində fəaliyyət göstərən kazinoların törətdiyi fəsadlardan əziyyət çəkən bir qrup vətəndaşın Daxili İşlər Naziri Ramil Usubova ünfanladığı şikayət məktubunun nüsxəsi daxil olub. Vətəndaşlar qanunsuz fəaliyyət göstərən mütəşəkil dəstənin üzvlərindən qorxduqları üçün adlarının anonim saxlanması şərti ilə məktubun məzmununu olduğu kimi sayta yerləşdirməyi xahiş edir. “Avropa.info” həmin şikayət məktubunu təqdim edir:
“Cənab Ramil Usubov!

Sizin uzun illərdən bəri Azərbaycanda sabitliyin qorunması, cinayəkkarlıqla mübarizə sahəsində göstərdiyiniz yorulmaz fəaliyyətinizdən xəbərdarıq. Ümidvarıq ki, bu gün Sumqayıt şəhərində baş alıb gedən özbaşınalıq barədə məlumatınız yoxdur. Biz bilirik ki, Azərbaycanda kazinoların fəaliyyətinə 1997-ci ildə mərhum prezident Heydər Əliyev tərəfindən qadağa qoyulub. Bu cür fəaliyyət Azərbaycanın hazırda qüvvədə olan qanunvericiliyi ilə də qadağandır və hüquqi məsuliyət yaradır. Ancaq buna baxmayaraq, bu gün Sumqayıt şəhəri dünyanın ən inkişaf etmiş qumarxana mərkəzləri ilə tam “rəqabət” apara bilər. Bakı şəhərində aşkarlanaraq fəaliyyəti dayandırılmış bütün qumarxanalar münbit şərait olduğu üçün hazırda Sumqayıt şəhərində məskən salıb. Onların haram və qanunz əməllərinin isə cəzasını bizim kimi sadə vətandaşlar çəkməli olur.

Cənab Nazir!

Sizə bu müraciəti edən bir neçə ailənin başına gələn müsibət də məhz kazinoların fəaliyyəti ilə bağlıdır. Bizim hər birimizin bir ailə üzvü Sumqayıt şəhərinin 2-mikrarayonu Cəfər Cabbarlı küçəsi ev 41 mənzil 14-də, “Labirin” kafesinin üstündə, “Sunset” internet klubunun yanında açıq-aşkar fəaliyyət göstərən “555” adlı kazinonun toruna düşərək, orada külli miqdarda pul uduzub. Hazırda tam müflis haldayıq. Əksəriyyətimiz sahibi olduğumuz mənzilləri satıb “555” adlı kazinonun yiyəsinə qumar borcu kimi ödəmişik. Bu kazinonun sahibi H.Z.Tağıyev qəsəbəsinin sakini Tural adlı şəxsdir. Deyilənə görə, Tural Sumqayıtın kazino kralı sayılır və əksər yüksək gəlir verən qumarxanalar da məhz onun nəzarətindədir. Bizim müxtəlif instansiyalara etdiyimiz şikayətlərdən sonra, Turalın qoçuları bizi hədləyir. Onların açıq aşkarda gördüyü iş cinayaət sayılır. Ancaq cəzasızdılar. Burada mərhum prezident Heydər Əliyevin bir ifadəsini xatırlatmaq lap yerinə düşər. O deyirdi ki, dövlət iki şeydən sarsılar; cəzasıza cəza verilsə, cinəyətkar isə cəzasız qalsa.

Cənab Nazir! 

Son güman  yeri kimi Sizə müraciət edirik. Xahiş edirik ki, Sumqayıtda qumarxanalarla bağlı yaranmış vəziyyəti öz şəxsi nəzarətinizə götürüb, qayda-qanunun yaradılmasına göstəriş verəsiniz.
Əvvəlcədən sizə öz dərin minnətdarlığımızı bildiririk”.

Redaksiyadan: Maraqlıdır ki, bizim də Sumqayıtdakı qumarxanalarla bağlı verdiyimiz yazıda şikayətçilərin adını hallandırdıqları “555” adlı kazinonun fəaliyyətindən geniş bəhs olunub. Həmin yazıdan sonra isə kazinonun fəaliyyətinin daha da ciçəkləndiyi nəzərə çarpır. “555” kazinosunu Ağır Cinayətlərə Dair Məhkəmədə işləyən bir nəfər tanınmış şəxsin himayə etdiyi bildirilir. Həmin adamın adı bizə də məlumdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın