Menu
Geri İrəli

Sumqayıtdan reportaj…

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Noyabr 2010 • Baxış sayı: 391 dəfə • Şərh yoxdur

deyerler.org saytının əməkdaşı Bəhruz Hüseynli şəhərimizdən reportaj hazırlayıb…Yazını olduğu kimi diqqətinizə çatdırırıq:

Noyabr ayının 22-də “Gənclik şəhəri” Sumqayıtın salınmasından 66 il keçdi. Bakının bir addımlığında yerləşən Sumqayıtın son vəziyyətini görmək üçün üz tutdum Sumqayıta. Şəhərə getmək üçün şəhərdaxili marşurutdan istifadə edib, Bakı Beynəlxalq Avtovağzalına yollandım.

Maraqlıdır ki, Sumqayıt ayrıca şəhər olsa da, avtovağzalda kassalarda bu şəhərə bilet satılmır. Əgər Sumqayıta gedəsi olsanız, bir başa avtobuslara tərəf gediniz. Çünki Sumqayıt avtobusunda bilet yox, pul yığılır. Avtobusa minib, keçdim axırıncı sıraların birində əyləşdim.
Yola düşmək üçün avtobus tam dolmalı olduğundan bir az gözləməli oldum və nəhayət keçmişdə ölkənin ən böyük sənaye şəhəri sayılan Sumqayıta gedirik. Maraqlıdır ki, şəhərlərarası sərnişin avtobusu olsa da, yol boyu sürücü avtobusu saxlayıb, sərnişin yığırdı. Əlbətdə ki, bu sərnişinlər ayaq üstə getməyə məcbur idilər. Bakıdan Sumqayıta 25 dəqiqəyə çatdıq.

Şəhər ilk görünüşdə təmiz və tıxacsız görünürdürdü. Şəhərdə ilk baş çəkdiyimiz ünvan Nizami bağı oldu. Bağın səliqəliliyinə və təmizliyinə söz ola bilməz. Buna baxmayaraq, bağda zibil qutuları olmadığından əlimdə olan zibili hara atacağımı bilmirdim.

Sumqayıtda tanışım olmadığından şəhərin görməli və gəzməli yerləri haqqında öyrənə bilməyəcəyimi bilib, taksi sürücüsünə yaxınlaşdım. Taksi sürücüsünə «Sülh Göyərçini» abidəsinə necə gedəcəyimi öyrənmək bəhanəsi ilə yaxınlaşıb söhbətləşdim. Sumqayıt şəhərində anadan olan 61 yaşlı Fərrux dayı 15 ildir ki, taksi sürücüsü işləyir. Fərrux dayı deyir ki, əvvəllər bu yerlərdə yaşayış yox idi. İkinci dünya müharibəsindən sonra həmin əsirlərindən də istifadə edərək kiçik şəhərcik salındı. Ətraf üzüm tənəkləri, meyvə-tərəvəz kolları və ağacları ilə zəngin idi. Sürücü söhbətimiz zamanı əlavə etdi ki, Bakıyla müqayisədə Sumqayıtın bazar qiymətlərində fərq var. Burada qiymətlər nisbətən aşağıdır. Burada tıxacları isə nadir hallarda görmək olar. Bizim şəhərdə 20-ə yaxın mikrorayon və 21-dən çox kvartal var. Biz yol boyu şəhər haqqında Fərrux dayıyla müxtəlif mədələr haqqında sönbətləşdik. Nəhayət, yolun sonunda «Sülh Göyərçini» görsəndi. Beləcə, sürücü ilə sağollaşıb, abidəyə tərəf getdim.

Bilirsiniz, məni burada təəccübləndirən şeylərdən bir də, türk dönəri kimi tanınan dönərin 1 manata olması oldu. Həmçinin, kafelərdə lahmacun 1 manat, 1 çaynik çay 60 qəpik, kofe və kapuçino 1 manatdır.
«Sülh Göyərçini» abidəsi ətrafında cavan və yaşlı insanları görmək olardı. Yaşlı nəslin nümayəndələrinə yaxınlaşıb, bir az dərtləşdik. Xaliqverdi və İbad adlı bu ağsaqqallar buranın köhnə sakinlərindəndirlər. İbad dayı dedi ki, “Əvvələr burada albanlar yaşayardı. Sonradan bura yad ellilər hücum edir. Burada Sum adlı bir igid yaşayarmış. Elə həmin hücum zamanı o insanları müdafiə etmək üçün düşmənə qarşı hücum edir. Ondan muğayat olan camaat onu, “Sum, qayıt”,- deyə çağırırlar. Beləcə, “Sumqayıt” sözü əmələ gəlir. Burada inanclı insanlar da çoxdur. Amma şəhərdə məscid hələ tikilməyib. Tikilməyi planlaşdırılır. Bura yaxın məscid Corat kəndindədir”.

Xaliqverdi dayı isə, söhbətimiz zamanı buranın Şəhidlər Xiyabanı haqqında məlumat verdi. Biz birlikdə Şəhidlər Xiyabanını ziyarət etməyə getdik. Xiyaban əzəmətli və ibrətli idi. Şəhidləri ziyarət etdikdən sonra Xaliqverdi dayıya məni bura gətirdiyi üçün minnətdarlıq edib, onunla sağollaşdım.
İlk dəfə olduğum bu sənaye şəhərində rus dövründən qalmış abidələrə də rast gəlmək olar. Sovet dövrünü xatırladan bu abidələrin yanından ötüb keçib, şəhərin bazarına doğru hərəkət etdim. Açığı, buranın bazarındakı qiymətlər paytaxt bazarlarının qiymətindən bir balaca ucuzluqdu deyə bilərik.
Sumqayıtda olduğum müddətdə şəhər sakinləri ilə də söhbətləşmək imkanım oldu. Onlar boş vaxtlarında idman və müxtəlif əyləncəli oyunlarla məşğul olduqlarını deməklə yanaşı, şəhərin 3 futbol meydançası haqqında məlumat da verdilər. Deməli belə, şəhərdə 3 əsas futbol meydançaları Mehdi Hüseynzada, Babək və Həmid adına olan stadionlardır.
Vaxtım az olduğundan onlarla xatirə şəkili çəkdirib, qayıtdım Bakıya, redaksiyaya. Onu da deyim ki, Sumqayıtın havasının çirkli olduğunu deyənlərə bundan sonra inanmayacağam. Səbəbi sadədir, Bakı Sumqayıtdan qat qat çirkli və havası zəhərli şəhərdir.

Bəhruz Hüseynli
/Deyerler.org/

Facebook Şərhləndirmə:

Şərhinizi yazın