Menu
Geri İrəli

Sumqayıtdan şəhər İcra hakimiyyətindən Qarabağ əlili ilə bağlı rəsmi açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Aprel 2015 • Baxış sayı: 606 dəfə • Şərh yoxdur

icraBəzi kütləvi-inormasiya vasitələrində Qarabağ əlili Malik Məcidovun  mənzillə təmin olunmaması ilə bağlı yayılan informasiyalara Sumqayıt şəhər İcra hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədova  sumqayitxeber.com-a açıqlamasında aydınlıq gətirib.

Şöbə müdiri qeyd edib ki, vətəndaş Məcidov Qardaş oğluna Qarabağ müharibəsi əlili imtiyazı əsasındaişlədiyi Azərbaycan Boruyayma zavodundan 1992-ci ildə 2 otaqlı mənzil ayrılıb, Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən  onun adına sənədləşdirilib. 2003-cü ildə Malik Məcidovun müraciəti əsasında yaşadığı mənzil 47-ci məhəllədə tikilmiş yeni yaşayış binasında 2 otaqlı mənzillə dəyişdirilib. Vətəndaş 2004-cü ildə bu mənzili özəlləşdirərək Gülnarə Əliyeva adlı şəxsə satmışdır.

2007-ci ildə Məcidov Malik Qardaş oğlu Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən Şəhid ailələri və qarabağ əlilləri üçün inşa edilmiş binada 2 otaqlı mənzillə təmin olunmuşdur.  O, 2010-cu ildə bu mənzili də bundan öncə olduğu kimi özəlləşdirərək Qiyas Məmmədov adlı şəxsə satmışdır.

Hal-hazırda Malik Məcidovun arvadı İradə Süleymanovanın mülkiyyətində Sumqayıt şəhəri 19-cu məhəllə, ev 9/20-də 18 saylı mənzil mövcuddur və bu mənzildə Məlahət Mecidova adlı şəxs ailəsi ilə birgə kirayə yaşayır. Malik Məcidov hazırda şəhərin «Xəzər» Bağlar massivində 640,0 kvadrat metr torpaq sahəsində 171 saylı evdə yaşayır.

Qeyd etmək istərdim ki, Malik Məcidova müvafiq qanunvericiliyə uyğun olaraq digər sahələrdə də Qarabağ müharibəsi əlili kimi müxtəlif güzəştlər tətbiq edilmişdir. Həmçinin o, Аzərbaycan Рespublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin olunub.

Sədaqət xanım bildirib ki, bu gün ölkəmizdə dövlət tərəfindən bütün şəhid ailələri, Qarabağ əlilləri və digər kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərilir, daima onların problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın