Menu
Geri İrəli

Sumqayıtdan su ŞİKAYƏTİ

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Dekabr 2013 • Baxış sayı: 558 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində əhaliyə içməli suyun verilişində fasilələr yaranıb. Bu barədə məlumatı 9-cu mikrorayonun sakinləri verib.

Koroğlu küçəsi, ev 10/27 – nin sakinlərindən AzNews.az-a daxil olan müraciətdə bildirilir ki, ərazidəki binalara bir neçə gündür ki, su verilmir: “Əvvəllər gün ərzində bir saat da olsa su verilirdi. Əslində qrafikə uyun olaraq su bir neçə saat fasiləsiz verilməlidir, amma gündə bir saat su glir. Son günlər isə ümumiyyətlə su verilmir. Bütün sakinlər narazıdır”.

Bununla bağlı əlaqədar qurumlara müraciət etdiklərini deyən sakinlərin sözlərinə görə, problem həll edilməyib:

“Hər dəfəsində bir bəhanə gətirirlər. Sonuncu dəfə nasosun xarab olduğunu dedilər. Amma problemi həll etməyə çalışmırlar. Biz də neçə gündür ki, problemin həllini gözləyirik. Şəhərin bəzi yerlərində də eyni vəziyyətdir. Amma mikrorayonda binaların əksəriyyəti su alır, bizim binanın su problemi isə həll edilmir”.

icmeli su

Facebook Şərhləndirmə:

Şərhinizi yazın