Menu
Geri İrəli

«Sumqayıtelektrikşəbəkə» də kütləvi ixtisarlar

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Yanvar 2015 • Baxış sayı: 995 dəfə • Şərh yoxdur
«Sumqayıtelektrikşəbəkə» də kütləvi ixtisarlar

«Vaxtilə “Azərenerji” rəhbərinin əmri ilə rüşvət aldığına görə işdən qovulan şəxslər indi yüksək vəzifələr tutur»

“Azərenerji” ASC-nin böyük müəssisələrindən biri sayılan “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC-də  kütləvi ixtisarlar başalayıb. Artıq 100 nəfər işçi ilə əmək müqavilələrinə xitam verilib.
Bu barədə məlumat verən “Sumqayıt REŞ”-nin işçisi Sevinc Qurbanova bildirir ki, ixtisara salınacaq işçilərin siyahısı hamıdan gizlədilir. “Təqaüdçülər, orta təhsillilər qala-qala ixtisar siyahısında yer alanların çoxu gənc ali təhsilli kadrlardır. Lakin nədənsə ümumi şöbənin rəisi Əliyar Qasımov, İqtisadiyyat şöbəsinin rəisi Sədaqət Həsənova, İstismar idarəsinin baş mühəndis müavini Bəylər Nurullayev kimi təqaüdçülərin adları ixtisar siyahısında yoxdur. Bundan əlavə ixtisar olunanların çoxu ailənin yeganə işləyən şəxsləri, ali təhsilli işçilərdir. “Sumqayıt REŞ” MMC-də az qala ailəlikcə işləyən çoxlu sayda işçilər var. Bir ailədən ər,arvad, ata, oğul və ya gəlini ilə birgə işləyənin heç biri ixtisara salınmır”, deyə S.Qurbanova bildirir.
Onun sözlərinə görə, kütləvi ixtisarların aparılması ədalətsizlikdir və bu haqlı olaraq vətəndaşların narazılığına səbəb olub: “Vaxtilə “Azərenerji” ASC-nin rəhbərinin əmri ilə rüşvət aldığına görə işdən qovulan şəxslər indi “Sumqayıt REŞ” MMC-də rəhbər vəzifələri tuturlar. Onlardan Faiq Həmzəyev “Xırdalan Elektrik Şəbəkəsi”nin rəisidir, Alim “Bağlar Elektrik Şəbəkəsi”nin rəis müavinidir, Vasif Nəsibov Nəzarət Şöbəsinin rəisidir (yaxın keçmişdə “Xaçmaz REŞ” MMC-dən qovulandır). “ANS”in qadın jurnalistinə qarşı etikadan kənar davranışlarına görə işdən qovulan Nəbi Seyidəhmədi indi burda aparıcı mühəndisdir.  Rüşvət üstündə işdən qovulan Ayaz Tağıyev də “Sumqayıt REŞ”də rəis müavini işləyir. O, şəhərə elektrik enerjisinin satışı ilə məşğuldur”.
Şikayətçi təəssüflə bildirir ki, ixtisaslılar və ali təhsillilər ixtisara düşür: “Təhsilə, ixtisasa baxan yoxdur. İxtisasca idman müəllimi olan Mədaxil Cavadov “Bağlar Elektrik Şəbəkəsi”ndə, ixtisasca həkim olan İlqar Ağayev Sumqayıt Elektrik Şəbəkəsində mühəndis işləyir. Eləcə də orta təhsilliləri işdə saxlayırlar, ali təhsilli kadrları işdən kənarlaşdırırlar”.
Problemlə bağlı “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Fəridə Behbudova ilə əlaqə saxladıq. O, bildirdi ki, sözügedən məsələ ilə bağlı suallarımıza müavini Ələkbər Baxşəliyev cavab verəcək. Fəridə xanım müavini ilə əlaqə yaratmaq üçün bizə “012 431 67 86″ telefon nömrəsini də verdi. Dəfələrlə bu nömrəyə  zəng etsək də, zənglər cavabsız qaldı. Yenidən F.Behbudova ilə əlaqə saxlamağa cəhd etsək də, dəstəyi qaldırmadı.   (bizimyol.info)
Facebook Şərhləndirmə:

Şərhinizi yazın