Menu
Geri İrəli

Sumqayıtın 2-ci girişi bərbad durumdadır

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Fevral 2014 • Baxış sayı: 1,187 dəfə • Şərh yoxdur
Share Button

Hazırda Sumqayıtın ikinci girişi sayılan Daş bazarı hissəsi, xüsusən Məmməd Əsədov küçəsi – 17 və 18-ci mikrorayonların arasındakı yol bərbad durumdadır. 4 gündür davam edən qeyri-sabit hava şəraiti nəticəsində yağan qar hələ də şəhərin bir çox küçələrində ciddi problemlər yaradıb; o cümlədən daha çox pik saatlarda avtomobil və piyadalarla yüklənən 17 və 18-ci mikrorayonları ayıran yolda böyük tıxac yaranıb. Tixaca səbəb yolun təmizlənməməsi nəticəsində buz bağlaması, kənarların qalın qar örtüyü, həmçinin ətrafdakı iri marketlər və bunun məntiqi davamı olaraq yolun kənarında çoxlu avtomobil parkinqləri, hərəkət üçün dar məsafənin qalmasıdır.Həmin yolda bir neçə avtomobil də toqquşub, eyni zamanda batıb qalıb. Gecənin düşməsi, şaxtanın artması nəticəsində durum getdikcə pisləşir. xeberle.com

18-das bazari

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın