Menu
Geri İrəli

Sumqayıtın 2 dövlət müəssisəsinə qarşı qaldırılan iddia təmin edilməyib

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Oktyabr 2012 • Baxış sayı: 180 dəfə • Şərh yoxdur

“Azərsu” ASC  Sumqayıt şəhər 1 saylı Xəstəxanasına və Sumqayıt şəhər Telekommunikasiya Qovşağına qarşı ayrı-ayrılıqda borcun ödənilməsi tələbi barədə iddia qaldırıb. İddialara  Sumqayıt şəhər İnzibati İqtisad Məhkəməsində baxılıb. Lakin iddialar təmin olunmayıb. Həmin qərarlardan verilən apellyasiya şikayətləri də təmin edilməyib. Bundan sonra “Azərsu” ASC hər bir qərardan ayrı-ayrılıqda kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Hazırda kassasiya şikayətləri əsasında məhkəmə prosesləri Ali Məhkəmədə davam etdirilir.

APA

Facebook Şərhləndirmə:

Şərhinizi yazın