Menu
Geri İrəli

Sumqayıtın 27 jurnalisti icra başçısına müraciət ünvanladı

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Oktyabr 2013 • Baxış sayı: 300 dəfə • Şərh yoxdur
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov

Sumqayıtlı jurnalistləri öz ətrafında birləşdirən “Sumqayıt Media Klubu” Təşəbbüs Qrupu şəhərdə mövcud olan problemlərlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb.

Müraciətdə bildirilir ki, son zamanlar Sumqayıt şəhərində aparılan abadlıq-quruculuq işləri təqdirəlayiq hal olsa da, bəzi məsələlər sakinlərin, media nümayəndələrinin haqlı narazılığına səbəb olur. Sumqayıtlı 27 jurnalistin imzaladığı müraciətdə şəhərdə mövcud olan əsas 3 problemə diqqət çəkilir, eyni zamanda bu problemlərin tezliklə aradan qaldırılması istənilir. Jurnalistlərin Eldar Əzizova müraciətində şəhərdə səki və iki yol arasında (xiyabanlarda) obyektlərin tikintisinə, məktəb stadionlarının qanunsuz zəbt edilərək orada tikintilərin aparılmasına son qoyulması, məktəb stadionlarının təmir edilməsi qeyd olunub. Digər bir problem kimi isə Sumqayıtın Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının Dövlət Bayrağının olmaması vurğulanır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın