Menu
Geri İrəli

Sumqayıtın 65 illiyinə həsr edilmiş “Sumqayıtı tanı!” layihəsi başa çatıb

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Mart 2015 • Baxış sayı: 478 dəfə • Şərh yoxdur

11084375_829821743745896_1521384802_nGƏNC İSTEDADLARA DƏSTƏK FONDUNUN SUMQAYIT ŞƏHƏRİNİN 65 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLMİŞ LAYİHƏSİ BAŞA ÇATMIB

Gənc İstedadlara Dəstək Fondu istedadlı və yaradıcı gənclərin hərtərəfli inkişafı, onların asudə vaxtının səmərəli təşkil olunması məqsədilə Sumqayıt şəhərində ilk dəfə olaraq məktəblilər və tələbələr arasında intelektual televiziya oyunları, təlimlər, yeniyetmə və gənclər üçün “Yay məktəb”ləri və digər çoxsaylı layihələr keçirmişdir.

Gənc İstedadlara Dəstək Fondunun Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə 17 iyun 2014-cü il tarixindən həyata keçirdiyi Sumqayıt şəhərinin 65 illik yubileyinə həsr edilmiş ““Sumqayıtı tanı!” adlı silsilə tədbirlərin keçirilməsi” adlı layihə başa çatmışdır.

Sumqayıt şəhərinin tarixi keçmişi barədə məlumatların geniş icitmaiyyətin, ilk növbədə gənclərin nəzərinə çatdırılması, həmçinin istedadlı və yaradıcı gənclərin aşkara çıxarılaraq tanıdılması məqsədilə keçirilən layihə çərçivəsində “Sumqayıt gənclərin gözü ilə” almanaxı və “Azərbaycan tarixində “Sumqayıt” adı (Tarixi mənbələr və araşdırmalar üzrə)” adlı kitabı hazırlanaraq nəşr etdirilmişdir.

“Sumqayıt gənclərin gözü ilə” almanaxında mütəxəssislərdən ibarət yaradılmış münsiflər heyətinin qərarı ilə seçilmiş 53 nəfər məktəblinin Sumqayıt şəhəri barədə inşa yazıları və rəsmləri işıq üzü görmüşdür.

“Azərbaycan tarixində “Sumqayıt” adı (Tarixi mənbələr və araşdırmalar üzrə)” adlı kitabında Sumqayıt ərazisi, qədim yaşayış məskəni, kurqan və nekropolu, Sumqayıt çayı, mövcud olmuş karvansaralar, körpü, ovdan, mayak, poçt stansiyası, Sumqayıt kəndi, hazırda da fəaliyyət göstərən dəmir yolu stansiyası, həmçinin Corat və Hacı Zeynalabdin qəsəbələrinin tarixi barədə müxtəlif məxəzlər və tədqiqat əsərləri üzrə məlumatlar öz əksini tapmışdır.

“Azərbaycan tarixində “Sumqayıt” adı (Tarixi mənbələr və araşdırmalar üzrə)” kitabının ideya müəllifi Gənc İstedadlara Dəstək Fondunun təsisçisi, Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini Musa Həsənov, layihənin rəhbəri və kitabın tərtibçisi Gənc İstedadlara Dəstək Fondunun rəhbəri Rüstəm Sadıqzadədir.

“Azərbaycan tarixində “Sumqayıt” adı (Tarixi mənbələr və araşdırmalar üzrə)” adlı kitabının yaxın vaxtlarda təqdimatının keçirilməsi nəzər tutulmuşdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın