Menu
Geri İrəli

Sumqayıtın baş pediatoru uşaq ölümü ilə bağlı açıqlama verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Noyabr 2014 • Baxış sayı: 641 dəfə • Şərh yoxdur

xestexana_01888Sumqayıt Səhiyyə şöbəsinin Baş Pediatoru, əməkdar həkim Xalidə Quliyeva hadisə ilə bağlı mətbuata  açıqlamasında bildirib ki, körpənin dünyasını dəyişmə səbəbi heç də uşağın qohumlarının dediyi kimi həkimlərin günahı üzündən baş verməyib: “İlk öncə diqqətinizə çatdırım ki, uşağın anası hamiləlik dövrünü qanazlığı fonunda keçirib. Belə olduqda körpədə Hipoksik travma , yəni, beyinə qansızma və uşaqda oksigen çatışmamazlığı ehtimalını artmış olur. Eyni zamanda Hipoksiya vəziyyəti dölün mərkəzi sinir sisteminin zədələnməsi və qansızma əlamətlərilə müşahidə oluna bilər. Bu hal doğuşdan bir müddət sonra özünü uşaqda göyərmə və qıcolma halllarında göstərə bilir. Sözügedən uşaqda bu hal 2 gün sonra baş verib və dərhal da körpə doğum evindən Uşaq xəstəxanasına köçrülüb. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq təqribən 9 saatdan sönra uşaq mərkəzi sinir sisteminin Hipoksiya mənşəli zədələri nəticəsində dünyasını dəyişib. Uşağın klinik vəziyyətinə, aparılan müayinələr və yaxın qan qohumluğu nigahından doğulmasına görə, genetik pozuntuların olmasına görə, anadangəlmə ürək qüsurunun da olması istisna olunmur. Dəqiq diaqnoz isə körpənin meydinin təşhirinin aparılması nəticəsində tam mümkün olardı. Lakin, körpənin valdeyinləri meydin təşhirinə etirazlarını bildirirdilər. Sonda onu da qeyd edim ki, uşağın anası hamiləlik dövründə Bakıda qadın məsləhətxanalarının birində qeydiyyatda olduğu üçün, orada aparılan müayinələrdə dölün vəziyyəti daha dəqiqi aydınlaşdırıla bilərdi. “

Qeyd edək ki, ötən gün Sumqayıt şəhərində yerləşən 1 saylı doğum evində uşaq doğuş zamanı dünyasını dəyişib. yayılmış informasiyalarda bildirilirki, faciə baş verən ailənin yaxın qohumları körpənin ölümündə həkimi günahlandırıblar.

İddialara görə, həkim uşaq doğularkən onu yerə salıb. Bu səbəbdən də, körpə beyin travması alıb və ölüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın