Menu
Geri İrəli

Sumqayıtın bərbad yolları – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Aprel 2015 • Baxış sayı: 627 dəfə • Şərh yoxdur
Share Button

YAYDA TOZUNA, QIŞDA PALÇIĞINA BULAŞDIĞIMIZ YOLUMUZ

10500276_853654104680977_6302732256922352098_n

Gördüyünüz bu yol nə ucqar, gözdən iraq düşmüş kənd yolu, nə də şəhərin ucqar bir qəsəbəsi deyil. Bu yol Sumqayıt şəhər 20-ci və 21-ci mikrorayonlarını bir birində ayıran yoldur. Fotolarda görünən bu əraziyə yolun ən bərbad hissəsi də demək olar. Bir az da dəqiqləşdirsəm 2 saylı orta məktəbin qarşısı və məktəbə yaxın ərazidir. Acınacaqlı vəziyyətdir elə deyilmi? Hər gün piyada övladını məktəbə aparan, üst-başı toz-torpağa, palçığa bulaşanlar, “Yol mədəniyyətdir” məfhumunu dərindən dərk edənlər üçün bu yolun bərbad olması acınacaqlı görünür. Bəs qalanları? Qalanlarının isə (yolların təmirinə cavadeh olanla nəzərdə tutulur) Araz aşığındandır, Kür də topuğundan. Artıq 2 ildir ki, həmin yolla övladımı məktəbə aparıram. Payızında, qışında palçığına, quraq havalarada isə tozuna bələnirik bu yolun. Övladımız məktəbə çatanda ayaqqabılarının içi su, çölü isə palçıq olur. Qazancımız isə ayaqqabıda və müalicə üçün dərmanlardadır. Hərdən çalalara “şlaq” və ya “şeben” tökülür. Elə bilməyinki bunu Bələdiyyə, və ya İcra Hakimiyyəti edir. Bunu 33 saylı atobusun sahibi edir ki, avtobusları sıradan çıxmasın. Ağır tonnajlı avtomobillər isə tökülən daş qırıntılarını bir neçə günü ovub yola dağıdır. Budur, bu yolla hər gün məktəbə, işə gedib-gələnlərin güzəranı!
Yolun bərbadlığı barədə məndən öncə də mətbuat da məlumat verənlər olub. Kimlərinsə gözünə girməyibsə və ya qulağına çatmayıbsa özümə borc bilib mən də yazdım ki, bəlkə mənim şansım gətirə, kiminsə gözünə sataşmasa da, qulağına çata. Deyilənə görə, əldən ələ də fərq var. Bu yazıdan sonra ola bilər ki, kiminsə ürəyinə insaf gəlib ən azından məktəb yolunun təmir edilməsi üçün sərəncam verdi. Ya qismət!

P.S: Bakıda baş tutacaq Birinci Avropa oyunlarına 2 ay vaxt qalıb. Sumqayıt şəhəri paytaxt Bakının “qulağının dibindədir”. Bu gün-sabah xaricdən qonaqlarımız gələcək. Bu yollarla qonağı evimizə aparanadək yəqin ki, xəcalətdən bir neçə dəfə həmin dağılmış asfaltın altına “girib-çıxacağıq”. Gələn qonaqlar soruşacaqlar: “Bəs deyirdiniz bağ belə, bostan belə. Hanı sizin ağızdolusu təriflədiyiniz iqtisadi inkişafınız, hanı sizin hazırlığınız..? Bax, veriləcək bu sualı düşünəndə adamı xəcalət təri basır. Mən hələ təkcə yolumuzdan xəbər verdim. Sakinlərin öz vəsaitləri hesabına çəkilmiş qaz və işıq xətlərinin, kanalizasiyanın bərvad vəziyyətdə olmasından yazmadım.

Məftun ƏNVƏROĞLU

10365761_853653994680988_8525014409255646174_n
11148723_853654024680985_3386595083637316455_n

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın