Menu
Geri İrəli

Sumqayıtın bir qrup məktəblisi “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulub

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Mart 2016 • Baxış sayı: 141 dəfə • Şərh yoxdur

Sumqayıtın bir qrup məktəblisi “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına qoşulub. Şəhər ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 40 şagirddən ibarət qrup martın 24-də Lənkəran-Lerik-Astara marşrutu üzrə yola çıxıb.

AZƏRTAC xəbər verir ki, Sumqayıtdakı Heydər Əliyev Mərkəzinə toplaşan məktəblilər əvvəlcə Ümummilli Liderin büstü önünə tər güllər düzüblər.

Qrupun rəhbəri Mehman Vəliyev bildirib ki, məktəblilər martın 27-dək keçiriləcək tur-aksiyanın gedişatı ilə bağlı tam təlimatlandırılıblar. Layihə ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından əhəmiyyət kəsb edir. Həmçinin bu gәzintilər gәnclәrimizә ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә yanaşı, Azәrbaycan Prezidenti İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır. Bir sözlə, tur-aksiya iştirakçılarını maraqlı ekskursiya gözləyir.

Sonda xüsusi geyimdə olan tur-aksiya iştirakçıları avtobusla yola düşüblər.

Sumqayıt, 24 mart, Ətrabə Rzayeva, AZƏRTAC

 

14587996693554629916_1000x669 14587996694480139924_1000x669 14587996695817151695_1000x669 145879966933886156_1000x669 1458799669423735893_1000x669 1458799669798853842_1000x669 14587996692573544342_1000x669 14587996693073412926_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın