Menu
Geri İrəli

Sumqayıtın bu ərazilərində su olmayacaq – SİYAHI

Müəllif: Sumqayitxeber.com • Tarix: 7 Avqust 2015 • Baxış sayı: 2,147 dəfə • 1 şərh

1438927462_1421350327_suSumqayıt Su Kanal İdarəsindən verilən məlumata görə, Sumqayıt şəhərinin bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

İdarədən bildiriblər ki, Sumqayıt şəhərində su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 7 avqust 2015-ci il tarixdə gün ərzində Sumqayıt şəhərinin 16, 17-ci mikrorayonunun beşmərtəbəli binalarında, 18-ci mikrorayonda, 48-ci məhəllədə, Bağlar massivinin Sumqayıta yaxın olan ərazilərində,həmçinin Corat qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Gün ərzində suyun veriləcəyi ehtimal edilir.

Yaranacaq narahatlıqla əlaqədar Sumqayıt Su Kanal İdarəsi abonentlərdən üzr istəyir.

Xeberle.com

Facebook Şərhləndirmə:

“Sumqayıtın bu ərazilərində su olmayacaq – SİYAHI” yazısına bir cavab

  1. Leman deyir:

    Yayin bu gununde su keserler? 2gündü milleti susuz qirirlar. Besdirin de bezdirdiz camaati

Şərhinizi yazın