Menu
Geri İrəli

Sumqayıtın Dənizkənarı parkında “ROK GECƏSİ” keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Avqust 2010 • Baxış sayı: 283 dəfə • 2 şərh

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi və Sumqayıt şəhər İcra hakimiyyətinin təşkilati dəstəyi ilə avqustun 25-də Amerikanın məşhur rok qrupu “Brazzaville” Sumqayıt şəhərində konsert proqramı ilə çıxış edəcək.

Konsert Nəsimi adına Dənizkənarı Parkda yerləşən estrada səhnəsində təşkil olunacaq. Konsert saat 20:00-da başlayacaq. Giriş pulsuzdur. Tədbirdə həmçinin Sumqayıt şəhərindən yerli rok qrupun da çıxışı nəzərdə tutulub.

Brazzaville qrupu 1997-ci ildə qrupun rəhbəri və solisti Devid Broun tərəfindən yaradılıb. Ötən müddətdə qrupun 6 musiqi albomu çıxıb.

Facebook Şərhləndirmə:

“Sumqayıtın Dənizkənarı parkında “ROK GECƏSİ” keçiriləcək” yazısına 2 cavab

  1. Cavid deyir:

    Salam! Mən Rock-u sevirəm! Doğrusu “Brazzaville” qrupunu tanımıram! Çalışacam onların konsertinə gedim, baxım! Məncə, Sumqayitda Rock qruplarının iştirakı ilə tez- tez konsertlər olmalıdır! Vacib deyil professional, ya da həvəskar! Onsuzda varsa, 1-2 professional Rock qrupu var! Onlardan da səs gəlmir! Heç deyilsə, həvəskarlar üçün tez-tez konsertlər olsunki, yavaş-yavaş bizdə də Rock qrupları əmələ gəlsin!Bizim gənclərin çox təəssüf böyük qismi lazımsız, mənasız, mahnılara qulaq asırlar! Musiqi zövqləri yoxdur! “Xarici musiqiçilərdən, kimə qulaq asırsan?”- soruşduqda yalnız türk mahnılarına! Onlar üçün xarici yalnız türklərdir! Çünki, onların oxuduqları mahnıların sözlərini başa düşürlər! Bunlar yalnız fikirləşirlərki, hansı mahnının sözlərini başa düşürsənsə ona qulaq asmaq olar! Amma bilmirlərki, əsl musiqini hiss etməlisən, yaşamalısan!

  2. Ayxan deyir:

    Insallah gelecekde daha mewhur qruplar geler, ama yenede gelerem inwallah

Şərhinizi yazın