Menu
Geri İrəli

Sumqayıtın daha bir giriş yolu təmir edilir – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Dekabr 2016 • Baxış sayı: 1,475 dəfə • 3 şərh

yol-2Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son vaxtlar Sumqayıtda genişmiqyaslı tikinti, abadlıq, yenidənqurma işləri aparılır. Şəhərin mənzərəsi kompleks şəkildə yeniləşir. Bu kontekstdə Sumqayıt şəhərinin digər giriş qapısı olan magistral yol müasir standartlar səviyyəsində yenidən qurulur. Artıq şəhərin sənaye ərazisindən giriş yolu – Yəhya Məmmədov küçəsində intensiv yenidənqurma işləri aparılır.

AZƏRTAC xəbər verir ki, Sumqayıtda hər kəsin “Metallurq” kimi tanıdığı Yəhya Məmmədov küçəsi şəhərin alternativ yolu və sənaye girişi kimi tanınır. Yolun hədsiz dərəcədə bərbad olması, yük maşınlarının yaratdığı fəsadlar, səliqəsizlik, natəmizlik, üstəlik işıqlandırılmaması hərəkət üçün problem yaradıb onu iflic edirdi. Bu da sakinlərin haqlı narazılığına səbəb olurdu. Bütün bunlar nəzərə alınaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən bu yolun da abadlaşdırılmasına qərar verilib və işlər artıq başlayıb.

Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsindən bildirilib ki, Yəhya Məmmədov küçəsi ümumilikdə 3800 metr olmaqla ən son standartlara uyğun təmir olunacaq, avtomobil yolu işıqlandırılacaq. Həmçinin sənaye zonasında işləyənlərin rahat hərəkəti üçün əlavə səki tikiləcək.

Küçənin Bakı-Quba avtomagistralına qədər olan hissəsi tamamilə abadlaşdırılacaq. Küçənin girişində hasarın üzərindəki lövhədə Sumqayıtın simvolu öz əksini tapacaq.

Bununla da Sumqayıtın əsas girişinə alternativ yol məsələsi həll olunacaq.

14817735923043618671_1000x669

asdfermetalurq2

YOLUN TƏMİRDƏN ƏVVƏLKİ VƏZİYYƏTİ

metalurq9 metalurq44



 

Facebook Şərhləndirmə:

“Sumqayıtın daha bir giriş yolu təmir edilir – FOTOLAR” yazısına 3 cavab

  1. Letafet deyir:

    Yaxsı olar ki Dənizkənarından Nasosnuyta gedən yol da təmir olunardı.

  2. İlqar Nuriyev deyir:

    Zakir müəllim Sumqayıt üçün çox işlər gördü. 5 il öncə, maliyyə problemi olmayan vaxtda Sumqayıta gəlsəydi indi görün nələr etmişdi. Allah can sağlığı versin sizə Zakir müəllim!

  3. nasosnu uşağı deyir:

    Xahiş edirik Hacı Zeynalabdin qəsəbəsinə işləyən 30 nömrəli marşrut xəttinin gediyi yol təmir olunsun

Şərhinizi yazın