Menu
Geri İrəli

Sumqayıtın Dəmir Yolu Stansiyası belə olacaq – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2015 • Baxış sayı: 1,945 dəfə • Şərh yoxdur
Share Button

Dəmir yolu stansiyası bir zamanlar Sumqayıtın ən gur yerlərindən biri idi. İndi isə bu stansiyada gur olan yalnız küləkdir.

328884_806Burada artıq yel vurub yengələri də oynatmır. Çünki yengələrin artıq uzun zamandır ki, buraya yolu düşmür. Sumqayıtın Dəmir Yolu Stansiyası artıq uzun müddətdir ki, tənha qalıb. Burada saatlar da donub. İllərdir ki, saatlar 09:50-ni göstərir.

Tezliklə isə Sumqayıtın dəmir yolu stansiyasına yeni nəfəs gələcək.

Stansiya əsaslı təmir olunacaq. Bir müddət sonra Sumqayıtın qanı donduran stansiyasından əsər-əlamət qalmayacaq.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov Milli.Az-a açıqlamasında bildirib ki, hazırda Bakı-Sumqayıt dəmir yolu xətti təmir olunur.

Yol təmiri başa çatdıqdan sonra stansiyada əsaslı təmir işlərinə başlanılacaq. Milli.Az Sumqayıt dəmir yolu stansiyasının yeni dizaynının layihələrini əldə edib. Həmin fotolardan da görünür ki, tezliklə burada şəhər sakinlərin rahatlığını təmin edən gözəl stansiya olacaq.

Teymur Hacıyev
Milli.Az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın