Menu
Geri İrəli

Sumqayıtın Dəmiryol Vağzalında tikinti işləri sürətləndirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2015 • Baxış sayı: 683 dəfə • Şərh yoxdur

Sumqayıt sərnişin stansiyasının inzibati binasının tikintisi davam edir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyindən Trend-ə verilən məlumata görə, dəmir yolunda infrastrukturun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər olunub. Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastrukturun müasirləşdirilməsi görülən işlər sırasındadır. 2015-ci ilin sentyabr ayında sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt sərnişin stansiyasının binası yararsız halda olduğu üçün sökülüb və yerində yeni inzibati binanın tikintisinə başlanıb.

Artıq binanın özülü tökülüb. Yeni inzibati bina ikimərtəbəli, müasir üslubda olacaq. Burada çalışan dəmiryolçular üçün hər cür şərait yaradılacaq.

İlkin olaraq, hərəkətin ahəngdarlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə işarəvermə və rabitə avadanlıqları binası tikilb. Hazırda bu otaqlarda tamamlama işləri aparılır.

sumqayit-station_301115 sumqayit-station_301115_23

Facebook Şərhləndirmə:

Şərhinizi yazın