Menu
Geri İrəli

Sumqayıtın deputatı Musa Qasımlı: Yürüdülən düzgün siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu artıb

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Aprel 2014 • Baxış sayı: 573 dəfə • Şərh yoxdur

musa qasimli“Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına dair iclasındakı çıxışı ölkəmizin həm daxili, həm də xarici siyasət məsələlərini öyrənmək baxımından çox əhəmiyyətlidir. Cənab Prezidentimiz açıq şəkildə bildirdi ki, Azərbaycanın xarici siyasəti beynəlxalq hüquq normalarından doğan prinsiplərə və ədalətə əsaslanır”. Bunu millət vəkili, professor Musa Qasımlı bildirib.

M.Qasımlı deyib ki, ötən 10 ildən çox müddət bir daha göstərdi ki, yürüdülən bu düzgün siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu artıb, Azərbaycan tam müstəqil xarici siyasət yürüdən bir ölkədir: “Həmin siyasət Azərbaycanın tərəfdarlarının sayını artırıb. Hesab edirəm ki, Azərbaycanın ədalətə və beynəlxalq normalara əsaslanan xarici siyasət yürütməsi Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin güclənməsinə gətirib çıxarıb”.

Deputat bildirib ki, məhz bunun nəticəsində son 10 ildə ölkəmiz tariximizdə heç bir zaman görünməyən böyük bir inkişaf yolunu keçdi: “Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv qəbul edildi, ərazisində xarici hərbi baza və ya obyekt saxlamayan bir ölkəyə çevrildi, Azərbaycanın xəritədə axtarılmasına son qoyuldu. Məhz bu siyasət nəticəsində 2015-ci ildə Azərbaycan I Avropa Oyunlarını keçirən bir ölkə olacaq. I Avropa Oyunlarının məhz ölkəmizdə keçirilməsi həm bizim üçün qürurvericidir, həm də ölkəmizin təbliğində mühüm rol oynayacaq. 2015-ci ildə ermənilərin uydurma “soyqırım”ın 100 illiyinə hazırlaşdığı bir vaxtda I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bütün diqqəti ölkəmizə yönəldəcək və bununla da ermənilərin saxta təbliğatına növbəti ciddi zərbə vurulacaq”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın