Menu
Geri İrəli

Sumqayıtın deputatları yeni komitədə təmsil olunacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Yanvar 2016 • Baxış sayı: 710 dəfə • Şərh yoxdur
Share Button
Milli Məclisin Daxili Nizamnaməsinə edilən dəyişikliklərə əsasən komitələr yenidən formalaşdırılacaq.
 
Dəyişikliyə əsasən, artıq bir deputat eyni zamanda Milli Məclisin iki komitəsində təmsil oluna biləcək. Əvvəlki qaydalar bir deputatın yalnız bir komitənin üzvü olmasına imkan verirdi. Bundan sonra bir neçə deputat parlamentin iki komitəsində təmsil olunacaq.
Belə ki, Tahir Mirkişili Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Mirzəcan Xəlilov isə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olacaqlar.
Komitələrin yenidən formalaşdırılması məsələsinə Milli Məclisin fevralın 1-də keçiriləcək iclasında baxılacaq.
Qeyd edək ki, Tahir Mirkişili hazırda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Mirzəcan Xəlilov isə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın