Menu
Geri İrəli

Sumqayıtın ekoloji məsələləri ilə bağlı mətbuat konfransı keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Fevral 2015 • Baxış sayı: 623 dəfə • Şərh yoxdur

5“Azərikimya” İB-də ekoloji məsələlərin həllinə həsr olunmuş mətbuat konfransı keçirilib

 Fevralın 3-də “Azərikimya” İB-də ekoloji məsələlərin həllinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında bir sıra nüfuzlu respublika və yerli mətbu orqanların, həmçinin xəbər saytlarının nümayəndələri iştirak edirdilər.

“Azərikimya” İB-nin İcraçı direktorunun Əməyin mühafizəsi və ətraf mühirin qorunması üzrə müavini Vüqar Kərimov mətbuat nümayəndələrini salamlamış və onlara ARDNŞ-nin struktur tərkibinə verilməsindən ötən beş il ərzində “Azərikimya” İB-də ətraf mühitin sağ­lam­­laş­dırılması, atmosferə, su hövzələrinə, yerin təkinə çirkləndirici maddələrin atılma­sının qarşısının alınması və ekoloji tarazlığın bərpası istiqamətində həyata keçirilən tədbirlər, kimyaçılar, eyni zamanda tələbələr və məktəblilər arasında ekoloji maarifləndirmə və ekoloji mədəniy­yətin inkişaf etdirilməsi istiqamətndə aparılan geniş və səmərəli işlər haqqında ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, Sumqayıtın sənaye zonasında ekoloji böhran yaradan, istismara yararsız və mənəvi-fiziki cəhətdən tam köhnə olan avadanlıq və texnologiyalarla işləyən, dünya standartlarının tələblərinə cavab verməyən və ən önəmlisi ətraf mühitə külli miqdarda bərpa olunmayan ziyan vuran müəssisələrin istismarı Dövlət Neft Şirkəti tərəfindən mərhələli şəkildə dayan­dırılaraq demontaj olunmuş, həmin sex və istehsalatların ərazilərinin yararlı hala salınması üçün müvafiq tədbirlər görülmüşdür.  Etilen-Polietilen zavodunun Qaz məhsullarının qəbulu və buraxılması sahəsində neft məhsullarının qalıqları ilə çirklənmiş 4 ha yaxın ərazidə bioremediasiya işləri aparılmış, Qaz və maye karbohidro­genlərinin qaz­laşdırılması, sıxılması, saxlanılması sexinin neft məhsullarının saxlanması parkında fiziki cəhətdən korroziyaya uğradığından uzun illərdən bəri istismarı dayandırılmış, bu səbəbdən də ərazini neft məhsulları ilə çirkləndirən müxtəlif ölçülü tutumlar demontaj olun­muşdur. Bakı-Quba yolunun ətrafında vaxtilə Səthi aktiv mad­dələr zavodunun tullantıları ilə çirklənmiş geniş bir ərazidə təmizlik işləri aparılmış və sahə əkin üçün yararlı hala salınmışdır. Ümümılıkdə, Sumqayıt sənaye zonasında, Baki-Quba magistral yolu bo­yun­ca, həmçinin Birlikdaxili ərazilərdə və şəhərin müxtəlif yerlərində kimyaçılar tərəfindən 150 minə yaxın ağac və kol bitkiləri əkilmişdir.

Məlumat verilmışdir ki, «Azərikimya» İB-də istehsal prosesi zamanı formalaşan müxtəlif çeşiddə tullantıların (təhlükəli, zərərli, zəhərli, bərk, qaz,  maye və s.) müasir tələblərə uy­ğun olaraq çeşidlən­məsi, saxlanması, utilizasiyası, zərərsizləşdirilməsi və ya digər emal üsullarının seçilməsi, bununla da ekoloji tarazlığın və iqtisadi maraqların təmin edilməsi günün ən vacib məsə­lələrindən biri kimi qarşıya qoyulmuşdur.

Etilen-polietilen zavodunda əsasən bərk, maye və qaz tullantılar formalaşır. Bərk tullan­tılar zavodun ərazisində çeşidlənərək, hər biri üçün xüsusi olaraq ayrılmış konteynerlərə yığılır və müqavilə əsasında tullantı mərkəzlərinə daşınır. «Azərikimya» İB-nin müəs­sisələrində formalaşan bərk tullantıların zərərsizləşdirilməsi bağlanmiş müqavilə əsasında Sumqayıt Təmizlik Departamenti, ARDNŞ-nin Tullantı Mərkəzləri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təhlükəli tullantılar” poliqonu tərəfindən həyata keçirilir.

2014-cü ildə  972 tondan artıq məişət və digər qeyri-toksiki tullantılar Sumqayıt Təmizlik Departamentinə daşınaraq zərərsizləş­diril­mişdir.  ARDNŞ-nin “Tullantı Mərkəzi”nə isə  2011-ci ildən bəri 11 adda  ümumilikdə 231 tondan artıq çeşidlənmiş tullantı təhvil verilmişdir.

Uzun illərdən bəri toplanmış 57 915 m3 civə şlamı Ekologiya və Təbii Sərvətlər Nazirliyi­nin dünya standartlarına cavab verən «Təhlükəli Tullantılar» MMC-nin poliqo­nu­na daşınaraq zərərsizləşdirilmiş, beləliklə də müəssisənin, demək olar ki, bütün ərazisi bu zərərli və zəhərli tullantıdan təmizlənmişdir. 2010-cu ildən etibarən «Təhlükəli Tullantılar» poliqonuna 108 adda 579 tona yaxın müxtəlif növ kimyəvi tullantılar daşınaraq zərərsiz­ləş­dirilmişdir. Bunun da 214.5 tonu 2014-cü ilə təsadüf edir.

Mətbuat konfransında xüsusi olaraq vurğulanmışdır ki, bu gün atmosferə “Azərikimya” İB-nin müəssisələri tərəfindən ictimaiyyəti və şəhər sakinlərini narahat edə biləcək heç bir zərərli və zəhərli tullantı buraxılmır.

Mətbuat konfransında Vüqar Kərimov jurnalistlərin çoxsaylı suallarını cavablan­dırmış, qaldırılan məsələlərə aydınlıq gətirmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın