Menu
Geri İrəli

Sumqayıtın ən böyük sarayı niyə bağlı qalıb?

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyul 2015 • Baxış sayı: 754 dəfə • Şərh yoxdur
Share Button

kimyacilar2Sumqayıtın ən böyük mədəniyyət mərkəzi olan “Kimyaçılar sarayı” artıq üç ilə yaxındır ki, qapılarını qonaqların üzünə bağlayıb. Buna səbəb isə sarayda təmir işlərinin həyata keçirilməsidir. Ancaq təmir artıq xeyli uzanır.

Milli.Az-a məktub yazan sumqayıtlılar deyirlər ki, əvvəllər bu sarayda çox maraqlı mədəni tədbirlər, konsert proqramları keçirilirdi. Sakinlər sarayda keçirilən tədbirləri ziyarət etməkdən zövq alırdılar. Ancaq uzun müddətdir ki, belə mədəni tədbirlərdən kənarda qalıblar.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Sumqayıt şəhər mədəniyyət idarəsinin müdiri Namiq Qaffarovla əlaqə saxlayıb. Qurum rəsmisi bildirib ki, “Kimyaçılar” mədəniyyət sarayı “Azərkimya” İstehsalat Birliyinin balansındadır. Təmir işləri də həmin idarə tərəfindən aparılır.

“Azərkimya” İB-nin mətbuat xidmətinin rəhbəri Rafiq Oday isə saytın əməkdaşı ilə telefon söhbətində bildirdi ki, sarayın təmiri dövlət səviyyəsində aparılır. Onun sözlərinə görə, təmir işləri artıq yekunlaşmaq üzrədir. Bu il artıq saray şəhər sakinlərinin üzünə açıq olacaq.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın