Menu
Geri İrəli

Sumqayıtın erməni cəlladı Qriqoryan tapıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2016 • Baxış sayı: 788 dəfə • 1 şərh

Azərbaycanın hüquq-mühafizə orqanları 1988-ci il Sumqayıt hadisələrininəsas təşkilatçısı Eduard Qriqoryanın yerini müəyyən ediblər.  ANS PRESS-in məlumatına görə,  erməni cəlladı Moskva ətrafı Serqievo-Posadski rayonunda yaşayır. Keçmiş SSRİ-in Dövlət Təhlükəsizlik komitəsi və Prokurorluğu 1988-ci il 26-29 fevral Sumqayıt hadisələrinin araşdırmasını aparakən bu hadisələrin həqiqi təşkilatçısının ermənilərin özlərinin olması barədə çoxsaylı faktlar aşkar edib. Danılmaz və inandırıcı sübutlar ermənilərin bu hadisələri təşkil etdiyini təsdiq edir.  Ancaq artıq 28 il ərzində Ermənistan Sumqayıt hadisələrinin şəxsi “izahını” aparır.

Sumqayıt cəlladı Eduard Qriqoryan

Sumqayıt cəlladı Eduard Qriqoryan

İstintaq materiallarında Sumqayıt hadisələrinin əsas təşkilatçısı kimi 1959-cu il təvəllüdlü Eduard Robertoviç Qriqoryan göstərilib. Bu, çoxsaylı şahid ifadələri və sübutlarla təsdiq edilib. İstintaq aşkar edib ki, 26 qurbandan altısı şəxsən Qriqoryan tərəfindən öldürülüb. Bundan başqa, istintaqın gedişatında təşkilatçılar arasında Qriqoryanın qohumları Oqanyan, Samoylova və Pavlovski soyadları üzə çıxıb.

26 qurbandan altısı şəxsən Qriqoryan tərəfindən öldürülüb

İstintaq materiallarından aydın olur ki, daha əvvəl üç dəfə mühakimə edilən və 9 il, 2 ay 13 gün həbsxana həyatı keçirən Eduard camaatın əsas təhrikçisi olub – bununla o insanları, əsasən həddi-buluğa çatmamış şəxsləri və müxtəlif kriminal elementlərdən təşkil edilmiş qruplaşmaları “Qarabağ” və “Krunk” separatçı cəmiyyətinə pul ödəməkdən imtina etmiş ermənilərin yaşadığı ünvanlar üzrə istiqamətləndirib.

İstintaq zamanı

İstintaq zamanı

Qriqoryan Sumqayıt hadisələri zamanı təsadüfən saxlanılıb. O, şahid qismində çağırılsa da erməni ailəsi – Marina və Karina Mejlumanyan bacılar və onların anası Roza Mejlumanyan tərəfindən tanınıb. “Cinayətkar, soyuqqanlı qatil və  iyrənc manyak” – hadisələri araşdırmağa gələn Moskva müstəntiqlərindən biri onu məhz belə xarakterizə edib. Altı nəfəri qətlə yetirməsinə baxmayaraq Qriqoryanın ermənilər və onların himayədarlarının təzyiqi nəticəsində SSRİ məhkəməsi tərəfindən yalnız 12 il həbs cəzası alıb və daha sonra cəzanın çəkilməsi üçün Ermənistana göndərilib. Bir neçə il sonra azad edilib.

Qriqoryan qohumları ilə

Qriqoryan qohumları ilə

Çoxsaylı şahid ifadələri əsasında istintaq müəyyən edib ki, E.Qriqoryan və onun qardaşları Sumqayıt hadisələri ərəfəsində Dağlıq Qarabağda erməni emissarlarıyla sıx əlaqəli olublar. Onlarda erməni separatizmini dəstəkləməyən və onların fondlarına pul keçirməkdən imtina edən ermənilərin ünvanlarının siyahısı olub. 27 fevralda E.Qriqoryan və onun dəstəsi Ermənistanda Azərbaycan əhalisinə qarşı  zorakılığa qarşı etiraz mitinqi keçirilən meydana gələrək özlərini “Qafandan qovulan azərbaycanlılar” kimi təqdim ediblər.

Eduard Qriqoryan

Eduard Qriqoryan

Qriqoryan meydanda çıxış edərək Qafanda ermənilərin Azərbaycan əhalisini kütləvi şəkildə qırdığını və yerli camaatı ermənilərdən qisas almağa çağırıb. O qışqırıb: “Məndə ermənilərin ünvanlarının siyahısı var, mən bilirəm, hara getmək lazımdır”.  Daha sonra o, 100-ə yaxın insandan ibarət olan dəstəsiylə talanlar və soyğunlar törətmək üçün ermənilərin ünvanları üzrə yollanıb. Amma SSRİ Prokurorluğu istintaq qrupu bütün materiallar və faktlar gizlədib. Onlar qarışıqlıqların həqiqi təşkilatçılarını ifşa etməmək üçün əllərindən gələni edib. Bundan başqa, Sumqayıt hadisələri zamanı saxlanmış erməni soyadlı bütün şəxslər zərər çəkmiş kimi tanınıb və azadlığa buraxılıb. Buna görə də böyük sayda günahkar cəzadan qaçıb.

Qriqoryan

Qriqoryan

Azərbaycanın hüquq-mühafizə orqanları rusiyalı həmkarlarına dəfələrlə müraciət edib, sorğular göndərib, Eduard Qriqoryanın layiq olunmuş cəzadan çəkinərək Serqievo-Posadski rayonunda gizlənməsi barədə yazsa da indiyə qədər cavab almayıb. Bəşəriyyətə qarşı cinayətlər etmiş əlləri günahsız insanların qanına batan cani paytaxt yaxınlığında yaşamağa davam edir.

Facebook Şərhləndirmə:

“Sumqayıtın erməni cəlladı Qriqoryan tapıldı” yazısına bir cavab

  1. İlahə deyir:

    Allah ermənilərin bəlasını versin. Amin

Şərhinizi yazın