Menu
Geri İrəli

Sumqayıtın əsas giriş yolu müasir görkəmdə – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyun 2016 • Baxış sayı: 2,820 dəfə • 3 şərh

Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra ilk verdiyi göstərişlərdən biri xüsusən də vətəndaşların və nəqliyyat vasitələrinin rahat, maneəsiz, təhlükəsiz şəkildə hərəkətini təmin etmək, nəqliyyat sıxlığının aradan qaldırılması üçün şəhərin əsas giriş yolunun genişləndirilməsi ilə bağlı olmuşdu.

Hazırda şəhərin girişində avtomobil yolunun hər iki istiqamətdə 5 metr genişləndirilməsi işləri yekunlaşmaq üzrədir. Şəhər haqqında müsafirlərdə ilk təəssürat formalaşdıran bu yol altı zolaqlı olacaq.  Yolun genişləndirilməsi ilə paralel olaraq Sülh küçəsinin abadlaşdırılması ilə bağlı verilmiş tapşırıq uğurla həyata keçirilir. Yolun sağ və sol istiqamətində parkın salınması, istinad divarlarının tikilməsi, modern işıq dirəklərinin quraşdırılması və eləcə də yaşıllaşdırma işləri həyata keçirilir.

Şəhərdə ilk dəfə olaraq Sülh küçəsinə polimer asfalt örtüyü vurulur.

Eni 14 metr olan Sülh küçəsinin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırılıb ki, bu da Bakı-Sumqayıt istiqamətindən nəqliyyatın rahat və maneəsiz hərəkətinə şərait yaradır.

Sülh küçəsində mövcud asfalt örtüyü 48 min kvadratmetr olduğu halda, genişləndirmə işlərindən sonra şəhərin əsas küçəsində həmin örtük 67200 kvadratmetr olacaq. Layihəyə əsasən bu küçədə 6840 kvadratmetrlik səki salınacaq. Yolda yağış sularının qəbuledici xətlərinin, su-kanalizasiya, həmçinin kommunikasiya xətlərinin çəkilməsi də həyata keçirilir.

DSC_0007 DSC_0013 DSC_0015 DSC_0018

IMG_3716 IMG_3719 IMG_3731 IMG_3740
DSC_0027 DSC_0028 DSC_0029 DSC_0030 DSC_0031 DSC_0032 DSC_0033 DSC_0035 DSC_0036 DSC_0040 DSC_0041 DSC_0044 DSC_0045 DSC_0047

Facebook Şərhləndirmə:

“Sumqayıtın əsas giriş yolu müasir görkəmdə – FOTOLAR” yazısına 3 cavab

  1. Eyruz Məmmədov deyir:

    Yol mədəniyyətdir. Sumqayıt özünün əvvəlki şan-şöhrətinə qayıdır. Bu, sevindirici haldır. Zakir müəllimin apardığı böyük quruculuq işlərini bir sumqayıtın təəssübkeşi kimi dəstəkləyirəm. İnşallah, şəhərimiz az bir zamanda nəinki Azərbaycanda, Avropada ən gözəl və yaraşıqlı şəhərlərindən birinə çevriləcək. Buna tam əminəm. Tək əldən səs çıxmaz. Gərək hamımız qollarımızı çirmələyib, öz iş yerimizdə icra başçısına, onun komandasına kömək etməliyik. Axı, Sumqayıt bizim şəhərdir.

  2. Emin deyir:

    Cox sevindirici bir haldirki qisa muddetde seher icra hakimiyyetine teyin olunmus Zakir Ferecov cenablari Sumqayit seherinde bele gozellikler yaradib/ Sumqayit sakinleri bele gozelliye gore size minnetdardir/ Esq olsun Zakir muellim! Biz genclerde size bu gozel islerinizde uqur dileyirik ve her zaman Sizinleyik!

  3. Vugar deyir:

    Zakir muellim harda isleyib,camaat ondan razi galib. Goruyag o insani. Sumgayitin xetrine. Bizim o dogmamizdi,hemyerlimizdi.Seherimizi gozellesdirir. Bir az da cusgalari azaltsaydi lap ela olardi.100 yasayin.Allah sizi gorusun.

Şərhinizi yazın