Menu
Geri İrəli

Sumqayıtın əsas problemlərdən biri öz həllini tapır

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Dekabr 2015 • Baxış sayı: 2,333 dəfə • 9 şərh
Share Button

Əsası 1949-cu ildə qoyulmuş Sumqayıt şəhərində hazırda 1000-ə yaxın çoxmənzilli yaşayış binası var. Bu binaların əksəriyyəti Sovet dövründə tikilib. 66 yaşlı şəhərdə Sovet dövründən bizə miras qalmış yaşayış binalarının əksəriyyəti müasir dövrün tələblərinə cavab vermir. Xüsusilə illər öncə tikilmiş yaşayış binalarının dam örtükləri yararsız vəziyyətə düşdüyü üçün qış aylarında şəhər sakinlərinin narahatçılığına səbəb olur.

bina12“sumqayitxeber.com” xəbər portalı olaraq şəhər sakinləri arasında mütəmadi olaraq apardığımız sorğularda dam örtüklərinin yararsız vəziyyəti başlıca problemlərdən biri kimi vurğulanıb. Problemlə bağlı şəhərin müxtəlif ərazilərindən redaksiyamıza bir çox şikayət məktubları daxil olmuş və bu məsələni dəfələrlə aidiyyatı qurumlar qarşısında qaldırmışıq.

Öncəki illərdə bəzi binaların dam örtüklərinin yenilənməsi işləri aparılsa da, problemə kompleks yanaşma hiss olunmurdu. Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətinin ilk günlərindən hiss olundu ki, yeni başçı şəhərdə həllinə nail olmaq istədiyi problemlər sırasında dam örtüklərinin yenilənməsinə xüsusi önəm verir.   Qısa müddət ərzində Heydər Əliyev, Azərbaycan prospektləri və 20 Yanvar küçəsi boyunca, həmçinin şəhərin nisbətən kənar hissələrində – 17 və 18-ci mikrorayonlarında  yaşayış binalarının dam örtüklərinin əsaslı təmiri məhz bu qənaətə gəlməyə əsas verirdi.

Sözsüz ki, şəhərdə yaşayış binalarının dam örtüklərinin kütləvi şəkildə təmir olunması, şəhər sakinlərinin narahat edən problemin tam olaraq aradan qaldırılması Sumqayıt Şəhər İcra Hakimiyyətinin daxili büdcəsinin hesabına həll olunası məsələ deyildi. Problemin kompleks həlli üçün daha çox vəsait  tələb olunurdu.

Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq işlərinin davam etdirilməsi məqsədi ilə son 10 ildə dəfələrlə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Sumqayıt şəhərinə vəsait ayıran ölkə başçısı bu dəfə də şəhər sakinlərini narahat edən problemi diqqətdən kənarda qoymadı.

ŞƏHƏR SAKİNLƏRİNİN RAHATLIĞINA HESABLANMIŞ SƏRƏNCAM

ilham eliyev2

13 oktyabr tarixində Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı 3,7 milyon (üç milyon yeddi yüz min) manat ayrılması üçün sərəncam imzalayan prezident İlham Əliyev çox keçmədi ki, ikinci sərəncam imzaladı. Dövlət başçısının 15 dekabr tarixində imzaladığı sərəncamla Sumqayıt şəhərin mənzil fonduna daxil olan 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5 (beş) milyon manat ayrıldı.

UZUNMÜDDƏTLİ DAVAMLILIĞA HESABLANMIŞ KEYFİYYƏTLİ DAM ÖRTÜKLƏRİ

76294725Dam örtüklərinin yararsız vəziyyətdə olması yağışlı havalarda xüsusilə binaların sonuncu mərtəbələrində yaşayan şəhər sakinlərinin ciddi narahatçılığına səbəb olurdu. Hər il eyni problemlə qarşılaşan şəhər sakinləri və  Mənzil-Komunal İstismarı Sahələri vəziyyətdən çıxış yolu kimi müxtəlif vasitələrdən istifadə etmək məcburiyyətində qalırdı.

Dam örtüklərinin tol və qırdan istifadə edilərək üzlənməsi isti havalarda qırın əriməsi ilə nəticələnir, qış aylarında isə mənzillərin islanmasına səbəb olurdu. Bu isə sakinləri hər il dam örtüyünü yenidən təmir etmək məcburiyyətində qoyurdu. Belə olduqda isə həm sakinlər, həm də dövlət qurumları iqtisadi baxımdan ciddi ziyanla üzləşirdilər.

Sözsüz ki, binaların daha dözümlü və uzunmüddətli davamlılığa hesablanmış keyfiyyətli dam örtükləri ilə üzlənməsinin iqtisadi baxımdan da səmərəliliyi xüsusi vurğulanmalıdır.

TƏHLÜKƏLİ ŞİFERLƏRƏ SON

dam-22234Bir çox hallarda isə şəhər sakinləri dam örtüklərinin üzlənməsində inkişaf etmiş ölkələrdə çoxdan qadağan olunmuş asbest şiferlərindən istifadə etmək məcburiyyətində qalırdı. Bu gün də bir çox binaların dam örtüyündə pərakəndə şəkildə vurulmuş asbest şiferlərinə rast gəlmək mümkündür.

Xatırladaq ki, 2012-ci ilin aprel ayında Nazirlər Kabineti damı asbest şiferlə örtülmüş fərdi yaşayış evlərinin, obyektlərin dəqiq sayının müəyyən edilməsi üçün siyahıyaalma işlərinin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına xidməti məktub göndərmişdi. Hətta bununla bağlı bir neçə rayonda siyahıya alınma işləri aparılırdı. Asbest örtüklü damların dəyişdirilməsi məsələsi həmin dövrdə gündəmdə olsa da bununla bağlı hökumətin rəsmi qərarı olmadığı üçün sadəcə təhlil və araşdırmaların aparıldığını görə bildik.

Həmin vaxtlarda Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun sabiq direktoru Adil Qəribov mediaya açıqlamasında bildirmişdi ki, asbest şiferlər günəş altında azot tərkibli kanserogen, zərərli maddələr buraxır: «Beynəlxalq səviyyədə ekspertlərin müəyyən etdiyi belə bir tibbi nəticə var ki, bu maddələr xərçəng xəstəliklərini stimullaşdırır. Ona görə də dünya miqyasında inkişaf eləmiş ölkələrin çoxunda asbest şiferlərdən istifadəyə məhdudiyyət qoyulub. Azərbaycan da inkişaf etmiş ölkə sayılır. Ona görə də asbest şiferlərin yaratdığı problem gündəmə gəlib».

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov da jurnalistlərə açıqlamasında bildirmişdi ki, asbest şiferlərdən istifadə radiasiya təhlükəsi yaradır və  Azərbaycanda bu şiferlərin istifadədən çıxarılması çox düzgün olardı.

Respublika Gigiyena və Epidemologiya Mərkəzinin Əmək Gigiyenası və Ətraf Mühitin Mühafizəsi şöbəsinin rəhbəri Teymur Teymurov mətbuata açıqlamasında bildirmişdi ki, asbest ağciyər xərcəngi, asbestos, plevranın qalınlaşması və bir sıra xəstəliklər əmələ gətirir: “Ümumiyyətlə, asbestin bütün növləri xərçəng xəstəliklərinin yaranmasına səbəb ola bilər. Asbest lifləri havaya buraxılan zaman təhlükəli olur. Liflərin ayrılması asbestlə işləmə, onun istehsalı və yaxud quraşdırılması zamanı baş verir. Havaya ayrılan liflər ətraf mühit və insan sağlamlığı üçün birmənalı olaraq ziyanlıdır. Ümumdünya Səhiyyə Təşkilatı prosesin öyrənilməsi ilə bağlı bütün Avropa, eləcə də dünya üzrə səhiyyə nazirlikləri və ətraf mühit üzrə nazirliklərlə müzakirələr aparır».

ZAKIR-ERECOVdam ortuyu

Beləliklə, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüyünün dəyişdirilməsi məqsədi ilə Prezidentint İlham Əliyevin imzaladığı sərəncam şəhər sakinlərinin yağışlı havada qarşılaşdığı problemləri aradan qaldırmaqla yanaşı, ayrı-ayrı şəxslər tərəfindən binaların dam örtüyünə vurulmuş asbest şiferlərin yaratdığı təhlükədən də şəhər sakinlərini xilas etmiş olacaq.

Sumqayıtlılar arasında keçirilən sorğular, sosal şəbəkələrdə aparılan müzakirələr göstərir ki, ölkə başçısının Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafına dair verdiyi sərəncamlar, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi altında şəhərdə həyata keçirilən layihələr şəhər ictimaiyyəti tərəfindən böyük razılıq və ehtiramla qarşılanır. Ümid edək ki, şəhərimiz tezliklə nəinki Azərbaycanın, regionun ən müasir və qabaqcıl şəhərlərindən birinə çevriləcək.

www.sumqayitxener.com

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtın əsas problemlərdən biri öz həllini tapır” yazısına 9 cavab

  1. Vetendash deyir:

    Dogrudan da son aylarda şəhərimizdə alqışlanası işlər görülür. Artıq 18 mkr ərazisindəki bir neçə bloklarda paralel olaraq köhnə liftlərin yeni liftlərlə dəyişilməsi prosesi gedir..

  2. Elmir deyir:

    Goresen sumqayit seherinde 8 mikrayondan xeberi olan var.dam ortukleri yaman gundedi.ne vaxta qeder besinci mertebede qalanlar suyun icinde qalacaq.usaq palikinikasini olan bina. Cox xahis edirem 8 mikrayondaki binalarada bir elac edin.

  3. Mehemmed deyir:

    Bes dejurnu istiqametindeki binalarin dam ortuyu?

  4. Sakin deyir:

    Sumqayıtın bundan önəmli problemi var
    Daimi su problemi
    Fasilə ilə olan sudan bezmişik

  5. Kenan deyir:

    Salam, Sumqayitda en uzun ve en cox yashayishci olan 10 mik bina 65 -in dam ortuyune cox ehtiyaci var. Umid edirem ki, bu binanin en boyuk problemlerinden biri oz hellini tapacaq. Men yeni bashciya cox inaniram, umid edirem ki, digerleri kimi soz vermeyecek yalniz ish gorecek. Bunu onsuzda indiden hiss edirik ve alqishlayiriq.

  6. qadir deyir:

    inwatcilar pasolka ucur

  7. qadir deyir:

    sumqayit weherinin duz merkezne yaxin yerde yerlewen inwahatcilar qesebesi pasyolka deyilen yer diyesen yaddan cixib. En birinci tikilen evler 2mertebele az qala adamin ustne uca dagila. Finski evleri dmrem hele. Seher ucub daglacag dycekler hadiseydi oldu. 1weyki sumqayitin ilk tikintisi weher salma burdan bawliyib. Daw qubikden tikilme evler veya taxtadan finski evler. Burdan bawlamag lazmdi en berbad yerden. Weherin merkesin remont elyib goze grmeynen deyil. Usdu bezek dali …

  8. izel deyir:

    MENIM UCUN MARAGLIDIR BAYRAM VAXTI SEHERDE OLAN AG BAYRAGLAR NEYI SIMVOLIZE EDIR BELKE BU………………….

  9. Rəna İmanova (Təbəssüm) deyir:

    Həqiqətən böyük zövqə malik qurub-yaradan bacarıqlı və layiqli İcra başçısı Zakir Fərəcov Sumqayıtı və şəhər əhalisini, sumqayıtlılar isə onu sevir, rəğbət bəsləyir. İndiyədək heç bir İcra başçısının uzun illər nəinki Sumqayıtda, heç bir bölgədə görə bilmədiyi işləri 100 gündə əhalinin istəklərinə və müasir tələblərə uyğun edə bilən yalnız və yalnız Zakir Fərəcovdur. Zakir Fərəcov Sumqayıtın başı üzərində parlayan bir günəşdir , desək yanılmarıq. İllərlə bu şəhərdə yığılıb qalan problemlər öz həllini tapmaqdadır. RƏNA TƏBƏSSÜM ( İMANOVA) ƏZİZ Nadir oğlu ALMƏMMƏDOV

Şərhinizi yazın