Menu
Geri İrəli

“Sumqayıt”ın futbolçuları milli komandalarda

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Oktyabr 2013 • Baxış sayı: 143 dəfə • Şərh yoxdur

Xəbər verdiyimiz kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq və bu oyunlara hazırlıq məqsədilə oktyabrın 5-dən 15-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Siasport.az saytının məlumatına görə, “Sumqayıt” futbol klubunun üzvü Anar Nəzirov da millinin düşərgəsinə dəvət alıb. Komandanın hücumçusu Pərdis Fərcad-Azadın adı isə ehtiyat heyətə salınıb.

Bundan başqa, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da səfərdə Norveç, oktaybrın 15-də isə Bakıda Portuqaliya komandası ilə qarşılaşacaq Azərbaycan yığmasının da heyəti açıqlanıb. “Sumqayıt”ın 4 futbolçusu – Nurlan Novruzov, Elşən Abdullayev, Slavik Alxasov və Kərim Diniyev U-21-ə dəvət alıb.
Orxan Əliyev və Ruslan Nəsirli isə U-19-un düşərgəsindədir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın