Menu
Geri İrəli

Sumqayıtın Gənclər Təşkilatı daha bir beynəlxalq layihəsini həyata keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Sentyabr 2013 • Baxış sayı: 139 dəfə • Şərh yoxdur

Avropa Birliyinin “Gənclər Fəaliyyətdə” proqramı çərçivəsində  dəstəklənən layihədə Azərbaycan da daxil olmaqla 6 ölkədən – Rumuniya, Çexiya, Polşa, Moldova, Gürcüstan və Türkiyədən 32 gənc Şəki şəhərində, açıq hava şəraitində keçirilmiş təlimdə iştirak edib.
“Sağlam Düşüncə” Gənclər Təşkilatının həyata keçirdiyi bu layihənin əsas məqsədi açıq hava şəraitində ekoloji problemlər və bu aspekdə insan hüquqlarının qorunmasını fərqli ölkələrin gəncləri ilə müzakirə etməkdir. İştirakçılar bu təlimdə öyrəndiklərini öz ölkələrində və cəmiyyətlərində də təbliğ edəcəklər. eyni zamanda iştirakşılar Azərbaycanda daxil olmaqla müxtəlif ölkələrin mədəniyyətləri ilə tanış oldular.

Yeddi günlük təlimdə düşərgə iştirakçıları ekoloji problemlər, insan hüquqları və ekologiyanın qorunmasında gənclərin iştirakçılığı, ekologiyanın qorunmasında könüllülüyün rolu və ekoloji çirklənmə haqqında müzakirələrdə iştirak edib, təcrübələrini bölüşüb və bu sahədə bildiklərini öz ölkələrinin cəmiyyətinə necə ötürməklə bağlı fikir mübadiləsi aparıblar. Təimlər Çexiyadan və Türkiyədən olan beynəlxalq təlimçilər tərəfindən aparılıb.

Qeyd edək ki, Bu Layihə Avropa Komissiyasının Şərq tərəfdaşlığı ölkələri üçün elan etdiyi “Şərq tərəfdaşlığı Gənclər Pəncərəsi” (Eastern Partnership Youth Window) proqramı çərçivəsində həyata keçirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın