Menu
Geri İrəli

Sumqayıtın gənc fəalı İcra Hakimiyyətinin başçısına müraciət etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2015 • Baxış sayı: 1,062 dəfə • Şərh yoxdur
Share Button

zohrab1Sumqayıt gözəl diyardır. İnsanları sağlam düşüncəli və savadlı həmçinin qonaqpərvər,məkanları sərfəli və ucuz… Bütün bunları şəhərimizdə hiss edib yaşadığımız üçün həyata 1:0 öndə başlamış kimiyik. Amma…

Amması görəsən nədir ki bəzi dövlət idarələri öz işlərinə məsuliyyətsiz yanaşır? Bəhs edəcəyim mövzu Sumqayıtın kanalizasiyasındandır. Bu sahədə bəlkə də republika üzrə ən axırıncı mövqedəyik. Bir şəhərin ki çirkab suları hamının çimdiyi dənizə şırıltıyla axıdılır. Orada hansı təmizlikdən və idarənin hansı məsuliyyətindən danışa bilərik?

Sumqayıt bəlkə də republikada tək- tük şəhərlərdən biridir ki, burada bəzi idarələr yalnız pul yığmaqla məşğuldur. Gördükləri iş isə 0. Cənab Prezidentimiz İlham Əliyev Sumqayıtımızın abadlaşdırılması üçün illərdir ki dövlət büdcəsindən vəsait ayırır. Amma bu vəsait hara gedir? Niyə aidiyyatı qurumlar işə məsuliyyətsiz yanaşır?

Özümü götürürəm. Bilirəm ki,şəhərimizdə kanalizasiya və zirzəmilərin çirkab sularla dolu olması ən dəhşətli problemdir. Mən İcra Hakimiyyətinin 50 metrliyində (5-ci məhəllədə) yaşayıram. Təsəvvür edin doğulduğumdan bu günə qədər zirzəmini hər dəfə suyla dolu görmüşəm. Öncələr fikirləşirdim ki bu yəqin belə də olmalıdır. Suyla dolu və it iyi gələn formada. Amma sonralar anladımki dövlətimiz bu problemi həll etmək üçün vəsait ayırır. Bəs onda bu pullar hara gedir?

Son 1 aydır ki yaşadığım məhəllədə vəziyyət dözülməzdir. Düşünürəm ki,şəhərin mərkəzində vəziyyət belədirsə o zaman gör mikrorayonlarda necə faciəli bir vəziyyətdir. Axı belə olmamalıdır! Nə vaxta qədər bu problem davam edəcək? Niyə bu problem həll edilmir? Nədir buna mane olan? Mən bu çirkab qoxunu udmağa məcburam? İdarənin nömrələrinə zəng edirəm cavab verib deyirlər indi adamları nasosalarla göndəririk amma sakinlərlə məzələnirmiş kimi qulaq ardına vururlar.

Məhəlləmizdə media ilə əlaqədə olan tək adam mənəm. Qonşularımız da problemin mənim vasitəmlə mediaya çıxmasını istədilər…

Sumqayıtın Kanalizasiya idarəsi (yəqinki bu su idarəsinin nəzdindədir) sakinlərin problemlərini qulaq ardına vururlar. Nəticə budur. Mən Sumqayıtın gənc bir fəali kimi,Cənab Prezidentimizin ətrafında sıx cəmləşən gənclərdən biri kimi öncə İcra başçımız Zakir müəllimdən kömək istəyirəm. Onun bu şəhərə gəlisi hər kəsdə sevinc hissi ilə qarşılanıb.

Əminəm ki bu problemin həllini də qısa bir vaxtda həll edəcək. Mən bütün Sumqayıt sakinlərinin adından dedim. Öncədən minnətdaram.

Zöhrab Süleyman

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın