Menu
Geri İrəli

Sumqayıtın gənclər təşkilatı daha bir beynəlxalq layihə həyata keçirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Yanvar 2014 • Baxış sayı: 851 dəfə • Şərh yoxdur

3954981391070117930826“Sağlam Düşüncə” Gənclər Təşkilatı 22-29 yanvar tarixlərində “Gənclər Münaqişələrin aradan qaldırılması və sülh quruculuğunda” (“Youth in Conflict Prevention and Peace Building”) adlı daha bir beynəlxalq layihəsini həyata keçirib. Avropa Birliyinin “Gənclər Fəaliyyətdə” proqramı çərçivəsində və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənən layihədə Azərbaycan da daxil olmaqla 11 ölkədən – Çexiya, Moldova, Belarusiya,  Gürcüstan, Ukrayna, Almaniya, Yunanıstan, Rumınya, Xorvatiya və Türkiyədən 33 gənc Bakı şəhərində keçirilən təlimdə iştirak edib.

Layihənin ilk günündə avropalı gənclərlə görüşən Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsinin rəhbəri Musa Həsənov layihənin Sülh quruculuğuna verəcəyi töhvələrin olduğunu dilə gətirib. M.Həsənov həmçinin gənclərin marağını nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında davam edən konflikt haqqında da onlara bilgilər verib.

Layihənin 4-cü günü Sumqayıt şəhərində Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdləri ilə görüşən gənclər onlarla sülh quruculuğu mövzusunda fikir mübadiləsi aparıblar.

Yeddi günlük təlimdə iştirakçılar sülh quruculuğunun prinsipləri, sülh quruculuğunda gənclərin rolu məsələlərini müzakirə ediblər.

Təlimlər Çexiya və Azərbaycandan olan beynəlxalq təlimçilər Pərvanə Məmmədova və Klarka Bazantova tərəfindən aparılıb. “Sağlam Düşüncə” Gənclər Təşkilatının həyata keçirdiyi bu layihənin əsas məqsədi sülh quruculuğu mövzusunu gənclərlə müzakirə edərək, onların dünyaya verəcəyi töhfələri aydınlaşdırmaqdır.

Təlim müddətində iştirakçılar Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrin mədəniyyətləri ilə tanış olub, Azərbaycanın maddi-mədəniyyət abidələrinə aid olan Yanardağ, Atəşgah abidə kompleksi, Şirvanşahlar sarayına sefer edibler.

Layihə Avropa Komissiyasının Şərq tərəfdaşlığı ölkələri üçün elan etdiyi “Şərq tərəfdaşlığı Gənclər Pəncərəsi” (“Eastern Partnership Youth Window”) proqramı çərçivəsində həyata keçirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın