Menu
Geri İrəli

Sumqayıtın giriş yolu genişləndirilir – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Noyabr 2015 • Baxış sayı: 680 dəfə • Şərh yoxdur

Son aylar Sumqayıt şəhərində başlanılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri uğurla davam etdirilir. Hazırda şəhərin müxtəlif ərazilərində aparılan  tikinti-quruculuq işləinin şahidi olmaq mümkündür.

Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra ilk verdiyi göstərişlərdən biri də Sumqayıtın əsas giriş yolunun genişləndirilməsi ilə bağlı oldu. Hazırda Sumqayıta giriş yolundan “Göyərçin” abidəsinə qədər avtomobil yolu 5 metr genişləndirilməsi prosesi həyata keçirilir.

“sumqayitxeber.com”un əldə etdiyi məlumata görə Sülh küçəsində mövcud asfalt örtüyü 48 000 kvadrat metr olduğu halda genişləndirmə işlərindən sonra şəhərin əsas küçəsində asfalt örtüyü 67 200 vadrat metr olacaq. Layihənin əski örtüyü isə 6840 kvadrat metr olacaq.

IMG_6131 IMG_6136 IMG_6137 IMG_6138 IMG_6139 IMG_6141 IMG_6142 IMG_6146 IMG_6148 IMG_6150 IMG_6153 IMG_6156 IMG_6157 IMG_6162 IMG_6167 IMG_6169 IMG_6172 IMG_6174

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın