Menu
Geri İrəli

Sumqayıtın girişindən yeni görüntülər – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 2 May 2016 • Baxış sayı: 1,818 dəfə • Şərh yoxdur

Son zamanlar Sumqayıt şəhərində geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir.

Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra verdiyi ilk tapşırılqardan biri məhz şəhərin yol infrastrukturu ilə bağlı oldu. Uzun müddət yararsız vəziyyətdə olan şəhərin küçələrində, məhəllə daxili yollarda təmir işlərinə başlanıldı.

Zakir FerecovdsulhUzun müddət təmir görməyən, Sumqayıta yaraşmayan küçələrdən biri də şəhərin əsas giriş küçəsi olan Sülh küçəsi idi. Atomobillərin təhlükəsiz şəkildə hərəkətini təmin etmək, eyni zamanda şəhərin əsas giriş yolu olan Sülh küçəsinin abadlaşdırılması ilə bağlı şəhər rəhbərliyi tərəfindən verilmiş tapşırıq uğurla həyata keçirilir. Hazırda giriş yolun genişləndirilməsi, yolun sağ və sol istiqamətində parkın salınması, istinad divarlarının tikilməsi, işıq dirəklərinin quraşdırılması və eləcə də yaşıllaşdırma işləri həyata keçirilir.

Qeyd edək ki, Sülh küçəsində mövcud asfalt örtüyü 48 000 kvadrat metr olduğu halda genişləndirmə işlərindən sonra şəhərin əsas küçəsində asfalt örtüyü 67 200 vadrat metr olacaq. Layihəyə əsasən Sülh küçəsində 6840 kvadrat metrlik səki salınacaq.

www.sumqayitxeber.com şəhərin girişindən hazırladğı fotoreportajı təqdim edir:

Şəkillərə böyük ölçüdə baxmaq üçün üzərinə tıklayın

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın