Menu
Geri İrəli

Sumqayıtın Heydər Əliyev parkında obyekt sökülür- FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Oktyabr 2015 • Baxış sayı: 1,494 dəfə • 2 şərh

Sumqayıtda Heydər Əliyev parkında əvvəlki icra başçısı Eldar Əzizovun zamanında tikilən ikimərtəbəli obyektin sökülməsinə başlanılıb. Artıq bu gündən obyektin sökülməsi istiqamətində işlər görülür. Belə ki, obyektin üzlük hissəsi sökülüb və yaxın zamanda söküntü işinin yekunlaşacağı gözlənilir.
Bununla yanaşı ərazidə olan bəzi atrakssionların da park ərazisindən yığışdırılmasına start verilib.
Qeyd edək ki, əvvəllər bu obyektin yerində “Aysberq” restoranı faəliyyət göstərib. Keçmiş icra başçısı Eldar Əzizovun Sumqayıta rəhbərliyi dövründə Heydər Əliyev parkında olan obyektlərin sökülməsinə qərar verildi. O, vaxtlar park təmir olundu və bir neçə obyektin faəliyyət göstərməsinə icazə verildi. Məhz onun dövründə bu obyekt tikildi, işlır yekunlaşmadığından fəaliyyətsiz qaldı.
Sumqayıta bir ay bundan öncə təyin olunan yeni icra başçısı Zakir Fərəcov şəhərdə aparılan tikinti işlərini dayandırdı. Heydər Əliyev parkına baş çəkən Z. Fərəcov Heydər Əliyevin adını daşıyan mərkəzi bəyənmədiyini bidlirdi və yeni mərkəzin inşa ediləcəyi mesajını verdi.
Xeberle.com-a daxil olan məlumata görə, sökülən obyektin yerində Heydər Əliyevin adının daşıyan möhtəşəm mərkəz tikiləcək. Əvvəlki mərkəzin isə profili dəyişdiriləcək və başqa istiqamətdə faəliyyət göstərəcək.
Görünən odur ki, əvvəlki icra başçısı tikintisinə icazə verdiyi obyektlərin tikinti qaydalarına uyğun tikimədiyiyini əsas gətirən Zakir Fərəcov bu obyektlərin sökülməsinə qərar verib.  xeberle.com

1443962922_20151004_155543 1443962955_20151004_155554

Facebook Şərhləndirmə:

“Sumqayıtın Heydər Əliyev parkında obyekt sökülür- FOTOLAR” yazısına 2 cavab

  1. huseyn deyir:

    pulu kim verecek bes

  2. Vaqif deyir:

    Yagin o obyektin butun sanadlari ancaq Zakir Faracov buna ahamiyyat vermir qanunlari pozur

Şərhinizi yazın