Menu
Geri İrəli

Sumqayıtın idman xronikası

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyun 2010 • Baxış sayı: 216 dəfə • Şərh yoxdur

cudo_elxan_mammadov_azerbaijan_cudoСÜDO. 25-27 iyun 2010-cu il tarixlərində Çexiyanın Tepliça şəhərində keçirilmiş yeniyetmələr arasında Avropa birinciliyində milli yığma komandanın tərkibində çıxış edən şəhər idmançısı Mehman Sadiqov (50 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
BOKS. Startı cari ilin 20 iyun tarixində Ukraynanın Lvov şəhərində verilmiş yeniyetmələr arasında Avropa birinciliyinə 27 iyun tarixində yekun vurulmuşdur.Birincilikdə milli yığma komandanın tərkibində çıxış edən şəhər idmançısı Fərid İsmayılov (52 kq) gümüş medala sahib olmuşdur. 3. ŞAHMAT. Cari ilin 22-28 iyun tarixlərində 3 saylı Uşaq-Gənclər İdman Şahmat Dama Məktəbinin oyun zalında keçirilmiş şəhər çempionatında Misrəddin İsgəndərov birincn, Rəşad Həsənov və Murad Nuri müvafiq olaraq ikinci, üçüncü yerləri tutmuşlar. Şəhər yarışının qalib və mükafatçıları Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olunmuşdur. Mail Hümbətov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın