Menu
Geri İrəli

Sumqayıtın incəsənət ustaları Qazaxıstanda konsert verəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Dekabr 2009 • Baxış sayı: 199 dəfə • Şərh yoxdur

sumqayit-aktauSumqayıt şəhərinin incəsənət ustalarından ibarət nümayəndə heyəti cari ilin 23-25 dekabr tarixlərində Qazaxıstan Respublikasının Aktau şəhərinə səfər edəcək. Sumqayıtın estrada müğənniləri, muğam ifaçıları və rəqs qrupu dekabrın 24-də Aktau şəhərinin mərkəzi konsert salonunda yerli musiqiçilərlə birlikdə konsert proqramında iştirak edəcəklər. Tədbir Qazaxıstan Respublikasının Müstəqillik Günü və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun təşəbbüsü ilə təşkil olunur. Bu həm də Sumqayıt şəhəri ilə Aktau şəhəri arasında yaradılmış əməkdaşlıq çərçivəsində ilk mədəniyyət tədbiridir.

Xatırladaq ki, 3 oktyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayevin iştirakı ilə Bakı şəhərində keçirilən Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimində Sumqayıt və Aktau şəhərləri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə” imzalanıb. Birgə Bəyannamə tərəflər arasında təhsil, elm, səhiyyə, idman və mədəniyyət də daxil olmaq geniş spektr üzrə əməkdaşlıq əlaqələrinin inkişafını nəzərdə tutur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın