Menu
Geri İrəli

Sumqayıtın istilik təchizatı yaxşılaşdırılır – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyul 2016 • Baxış sayı: 1,898 dəfə • Şərh yoxdur

Azəristiliktəchizatsumqayitxeber.com xəbər verir ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar Sumqayıt şəhərininin istilik təchizatı ilə bağlı lazımı tədbirlərin görülməsinə başlanılıb.

Yaşayış və ictimai binalarının  istilik təchizatının təmin edilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir.  Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırıq və tövsiyələrinə əsasən şəhərin 18-ci mikrorayonunda mənzillərin və ictimai binaların etibarlı və keyfiyyətli istilik təchizatı ilə təmin edilməsi üçün yeni qazanxananın tikintisinə başlanılıb. Hazırda işlərin tez bir zamanda başa çatdırılması üçün işçi qüvvəsi var qüvvəsi ilə çalışır.

Sumqayıt şəhər İstilik Təsərrüfat İdarəsinin müdiri Aftandil Nuriyev “Dünya Tv”ə müsahibəsində bildirib ki, şəhərin istiliklə təmin edilməsi üçün 23 qazanxana fəaliyyət göstərir: “Sumqayıtın 18-ci mikrorayonunda 44 yaşayış binası var. Mikrorayonun ərazisində 4 baxça və iki məktəb fəaliyyət göstərir. Yeni tikilməkdə olan qazanxana isə 18-ci mikrorayonun ikinci hissəsi, yəni 24 yaşayış binası və bir baxça üçün tikilir. Bu qazanxana tikildikdən sonra şəhərdə fəaliyyət göstərən qazanxanaların sayı 24-ə çatacaq.   Bundan əlavə şəhərimizin bir neçə mikrorayonunda da qazanxanaların tikintisi nəzərdə tutulub. “

Qeyd olunub ki, bununla yanaşı şəhərdə yeni istilik təchizatı mənbələrinin yaradılması da nəzərdə tutulub. Eyni zamanda mövcud qazanxana və istilik məntəqələrinin bərpası, yenidənqurulması, modernləşdirilməsi ilə bağlı da tədbirlər həyata keçirilir.

Şəhərin 17-ci mikrorayon ərazisində yerləşən qazanxana indidən qış mövsümünə tam hazır vəziyyətə gətirilib. Sözügedən mikrorayon ərazisində qazanxana 1102 ailəni,  bir baxça və iki məktəbi istiliklə təmin edəcək.

Birləşmiş məhəllələr olan 7, 8 , 12 və eləcə də 1-ci məhəllənin istiliklə təmin edilməsi üçün də mövcud qzanxanada hazırlıq işləri görülüb. Payız-qış mövsümündə ərazidəki 49 yaşayış binası, 3 uşaq baxçası və  3 ümumtəhsil məktəbi istiliklə təmin olunacaq.

Sumqayıt şəhər 1 saylı Doğum Evi, 5 saylı uşaq poliklinikası və Vərəm Dispanserini istliklə təmin edən qazanxana da əsaslı şəkildə yenidən qurulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın