Menu
Geri İrəli

Sumqayıtın keçmiş deputatı: “Sumqayıt və ya Şəkidən namizədliyimi vermək niyyətindəyəm”

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Aprel 2015 • Baxış sayı: 459 dəfə • Şərh yoxdur
Share Button

ikramİkram İsrafil: “Sumqayıt və ya Şəkidən namizədliyimi vermək niyyətindəyəm”

Müsavat Partiyasının Divan üzvü, sabiq millət vəkili İkram İsrafil partiyanın 2015-ci il parlament seçkilərində deputatlığa namizədlərinin irəli sürülməsi və özünün seçkidə iştirak edib-etməyəcəyi, iştirak edəcəyi halda hansı dairədən iddiaçı olacağı ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.

 
İkram İsrafil bildirib ki, Müsavat Partiyası parlament seçkilərinə hazırlığın namizədlərin müəyyənləşməsi mərhələsini, demək olar ki, 60 % dairələr üzrə çatdırıb. Qalan 40% dairələr üzrə də proses davam edir. 
İ.İsrafil seçkidə iştirak etmək niyyətində olduğunu açıqlayıb, eyni zamanda deyib ki, hələlik hansı dairədən namizədliyini irəli sürəcəyi barədə qəti qərara gəlməyib: “Millət vəkili olduğum dövrdə, baxmayaraq ki, Sumqayıt şəhərindən seçilmişdim, Şəki rayonu və doğulduğum Bideyiz kəndi üçün də çox əhəmiyyətli işlərin həyata keçirilməsinə nail olmuşdum. Kənddə iki ədəd su artezian quyusunun qazılması, yolun asfaltlanması, telefonlaşma, qazlaşma və sair işlərin görülməsinə nail olmuşdum. Sumqayıtda da millət vəkili olduğum 5 il ərində gördüyüm işlər barədə ”Yeni Müsavat” vasitəsilə mütəmadi məlumatlar verilib.
Sakinlər də görülən işlərin şahididirlər. Odur ki, həm Sumqayıtdan olan dostlarım və seçicilər, həm də Şəkidən olan seçicilər namizədliyimin verilməsini istəyirlər. Bu istəklərini mənə bildiriblər. Həm Sumqayıt, həm Şəki mənim üçün doğmadır. Ona görə də Sumqayıt və ya Şəkinin müvafiq dairəsindən namizədliyimi vermək niyyətindəyəm. Yaxın zamanda seçimimi dəqiqləşdirəcəyəm”.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın