Menu
Geri İrəli

Sumqayıtın keçmiş millət vəkili : “Mandat alverinin bazara ilk cıxaranın kimliyini bilmirsə, öyrənsin”

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Yanvar 2014 • Baxış sayı: 387 dəfə • Şərh yoxdur

ikramm_IMG_3878Müsavat Partiyasının Milli Şuradan çıxması müxalif düşərgədə ciddi müzakərələr səbəb olub və İsa Qəmbər başda olmaqla onun partiyadaşları ittihamlara məruz qalıblar.
Müsavatın Milli Şuradakı keçmiş müttəfiqi AXCP-nin funsionerləri isə daha kəskin ittihamlar səsləndirməkdədirlər.

Modern.az-ın məlumatına görə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavatın Milli Şuradan çıxmaq qərarını partiyanın siyasi kursunun dəyişməsi ilə əlaqələndirib.
”Müsavatın belə bir qərar qəbul etməsi onu göstərir ki, partiya siyasi kursunu dəyişir. Partiya rəhbərliyində olan şəxslər özəl, korporativ maraqlarına görə Milli Şuradan çıxmaqla partiyanın siyasi kursunu dəyişməklə bağlı qərar verdilər. Bu o deməkdir ki, görünür 2015-ci ildə keçiriləcək parlament seçkilərində Müsavat rəhbərliyinə hakimiyyət tərəfindən bir neçə mandat vəd olunub və bunun müqabilində onların qarşısında Milli Şuranı tərk etmək şərti qoyulub. Bu gün Müsavat Partiyası bəhanə gətirərək həmin qərarı həyata keçirdi”-deyə F.Qəhrəmanlı vurğulayıb.

F.Qəhrəmanlının ittihamına qarşı tərəfdən cavab gəlib. Müsavat funksioneri, eks-deputat İkram İsrafil ona belə cavab verib:

”Fuad Qəhrəmanlıya xəbərdarlıq edirəm ki, onun yaşı çatmayan vaxtlar partiyasında nələr olub keçdiklərini bir öyrənsin, sonra danışsın. Bəlkə mandat alverinin Azərbaycan bazarına ilk cıxaranın kimliyini bilmir, bilmirsə öyrənsin. Yox bilir də, özünü bilməmiş kimi göstərmək istəyirsə, onda adama deyərlər saxla, səndən siyasətçi yox, heç cəbhəçi də olmaz. Partiyasının tarixini, olub-keçənləri bilmək sıravi üzvlərin də borcudur, nəinki partiya sədrinin müavininin”.

İkram İsrafil Milli Şuranın sədri Cəmil Həsənliyə də məsləhət verib və onu AXCP-dən uzaq olamağa çağırıb:

”Professor Cəmil Həsənlinin siyasi fəaliyyətini əvvəllər də yaxından izləmişdim. Ancaq 5 il həmkar olaraq çox yaxından tanımaq imkanım oldu. Cox hörmət etdiyimiz və hörmətə layiq bir aydınımız olduğunu hər kəs bilir. Cəmil müəllimin prezidentliyə namizədliyinə səs verən, kampaniyasında əlimdən gələni hamı kimi edən biri olduğumu hər halda özü bilir. Ancaq hörmətli Cəmil müəllimi bundan sonra acimasız,  yalnız şəxsi maraqlarından başqa heç nə dqnməyən insanların istismar etməsini istəməzdim. Cəmil müəllimi partiyadan uzaqlaşdıranların bu gün ona göstərdikləri sevginin nə qədər müddət çəkəcəyini hər halda professor özü hamıdan yaxşı bilir. Çox şeylər yazmaq olar, amma hesab edirəm ki, hamı hər şeyi məndən də yaxşı bildiyindən hörmətli Cəmil müəllimə kiçik qardaşı kimi bir məsləhətim var.
Siz, sizi səmimi qəbul edənlərin etibarını və etimadını prezidentliyə namizəd kimi doğrultdunuz. Eyni zamanda bu prosesden şəxsi maraqları üçün istifadə etmək istəyənlərin arzularını  gözlərində qoydunuz.Məsləhətim odur ki, bundan sonra da Sizdən istifadə etməklə bitməmiş arzularını bitirmək istəyənlərdən uzaq olasız”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın