Menu
Geri İrəli

Sumqayıtın kimyaçı qadınları mükafatlandırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Mart 2014 • Baxış sayı: 341 dəfə • Şərh yoxdur

_DSC0014 (1)“Azərikimya” İB-də 8 mart – Beynəlxalq Qadınlar bayramı günü ərəfəsində əmək göstəricilərinə görə fərqlənən kimyaçı qadınlar mükafatlandırılmışlar

 “Azərikimya” İstehsalat Birliyinin konfrans zalında 8 mart – Beynəlxalq Qadınlar bayramı günü ərəfəsində istehsalatda və ictimai işlərdə fərqlənən kimyaçı qadınıarın təltif olunması münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov açaraq, “Azərikimya” İB-də kimyaçı qadınlara yaradılmış normal və təh­lükəsiz iş şəraitindən, onlara göstərilən diqqət və qayğıdan danışmış, xanımları bayram mü­nasibətilə təbrik etmişdir.

Əmək gös­təricilərinə görə fərqlənən, fəaliyyət sahələrində digərlərinə nümunə olan və ictimai işlərdə fəallıqları ilə seçilən xanımlara – Etilen-polietilen zavodunun Qazayırma cexi­nin qazayırma aparatçısı Mətanət Qasımovaya, həmin zavodun Buxar və elektrik enerjisi istehsalatının maye təmizləyici aparatçısı Natəvan Əliye­vaya, Birliyin Nəqliyyat və Xüsusi texnika İdarəsinin yol təmirçisi Əlamət Haqverdiyevaya, 2 saylı izolyasiya sahəsinin izoləedici-plyonkaçısı Tamara Mansurovaya, Təmir-tikinti İdarəsinin 2 Saylı təmir-tikinti və korrozi­yadan mühafizə sahəsinin rəngsazı Dursun Matanovaya və digərlərinə fəxri fərman, pul mükafatı və gül dəstəsi təqdim edilmiş, onlara möhkəm can sağlığı, firavan ömür-gün və fəaliyyətlərində uğurlar arzulan­mışdır.

_DSC0016 _DSC0018

Facebook Şərhləndirmə:

Şərhinizi yazın