Menu
Geri İrəli

Sumqayıtın mərkəzində müftə mal üstündə qırğın düşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Aprel 2014 • Baxış sayı: 1,068 dəfə • Şərh yoxdur

davaSumqayıtdakı telefon mağazalarından birinin bu gün keçirdiyi reklam aksiyası güclü basabasa, daha sonra isə dəhşətli kütləvi əlbəyaxa davaya çevrilib.

Virtualaz.org saytı sosial şəbəkələrdə yayılan məlumat və görüntülərə istinadən xəbər verir ki, “İrşad Telekom” şəbəkəsinə məxsus mobil telefon mağazalarından biri şəhərin mərkəzindəki dükanda insanlara müftə mobil telefon aksessuarları (qılaf, qulaqcıq və s.) paylamağa başlayıb. Müftə mal paylandığını eşidib öyrənən insanlar sürü ilə həmin yerə cumublar, basabas və mübahisə yaranıb. Sonda isə kütləvi əlbəyaxa dava düşüb (davanın görüntüləri videoya düşməyib).

Facebook Şərhləndirmə:

Şərhinizi yazın