Menu
Geri İrəli

Sumqayıtın mərkəzində soyuq silahın açıq satışı – FOTOFAKT

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2015 • Baxış sayı: 1,159 dəfə • 1 şərh

1445931370_12038120_950271795053572_6017071033096051539_nSumqayıt şəhərinin mərkəzində soyuq silahın açıq satışı həyata keçirilir. Təqdim etdiyimiz bu foto Sumqayıt şəhərində yerləşən Nizami Gəncəvi adına kinoteatrın qarşısında çəkilib.Sözügedən ərazidə qiyməti 3-5-10 manata olan bıçaqlar satılır.

Gün ərzində ölkə ərazisində baş verən qarət, adam öldürmə kimi cinayət hadisələrinin böyük əksəriyyətinin məhz soyuq silahla törədildiyini nəzərə alsaq, bu cür vasitələrin açıq-aşkar şəkildə satılmasının nə dərəcədə təhlükə olduğunu anlamaq o qədər də çətin deyil. Yəni bir sözlə, hansısa gənc həvəs üzündən bu gün maraq üçün 5-10 manata aldığı bıçaqla sabah qəzəbləndiyi halda istənilən şəxsi öldürərək qatilə çevirilə bilər. Lakin maraqlı olan da budur ki, sözügedən ərazidə bıçaqlar açıq aşkar-şəkildə satılsa da nə Post Patrul Xidmətinin əməkdaşları, nə də ki, sahə müvəkkilləri bu işə mane olmurlar.

Xəyal Şükür
Foto: Sübhan Arifoğlu

Facebook Şərhləndirmə:

“Sumqayıtın mərkəzində soyuq silahın açıq satışı – FOTOFAKT” yazısına bir cavab

  1. Samir deyir:

    adam bilmir hansi terefe dogru kimi baxsin. kasibciliqdan kuche alveri ile meshgul olan bicaq alverchisinemi , ya kuche alverinden “dolya”-sini goturub buna yol veren polisleremi ya hemin bichagi alib kimise yaralayan birisinemi. QANUN hami uchun bir olsaydi bele olmazdi. menimchun artiq bu normal haldi. agli bashinda olan kimise bicaqlamaz – “imkan verin adamlar pulunu qazansinlar” :)

Şərhinizi yazın