Menu
Geri İrəli

Sumqayıtın millət vəkili seçiciləri ilə görüşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2013 • Baxış sayı: 169 dəfə • Şərh yoxdur

Deputat Leyla Abdullayeva seçildiyi Sumqayıt şəhər 41 saylı dairədə yerləşən məhəllələrdə yaşayan bir qrup ictimai aktiv sakinlə görüş keçirib. Milli Məclisin deputatı seçicilərlə söhbət zamanı prezident İlham Əliyevin ölkə və Sumqayıt üçün gördüyü işlərdən danışıb, onun alternativsiz lider olduğunu bildirib. Deputat köməkçisinin Modern.az-a verdiyi məlumata görə görüşdə seçicilər onları narahat edən problemləri səsləndirməklə yanaşı, öz təklifləriylə də çıxış ediblər. Seçicilərin müraciət və şikayətləri dinlənilib, üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq təşəbbüslərin olacağı bildirilib. Təklifləri dinləyən millət vəkili, onların müraciətlərini aidiyyatlı qurumlara ünvanlayacağını bildirib. Qaldırılan problemlər əsasən sosial yönümlü məsələlərdən ibarət olub.

abdullayeva

Facebook Şərhləndirmə:

Şərhinizi yazın