Menu
Geri İrəli

Sumqayıtın millət vəkili hesabat verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Dekabr 2013 • Baxış sayı: 785 dəfə • Şərh yoxdur
Share Button

musa_qasiml_i1

 42 saylı Sumqayıt ikinci seçki dairəsindən seçilmiş millət vəkili, professor Musa Qasımlının köməkçisi Tural Qənbərov deputatın 2013-cü il üçün fəaliyyətinə dair hesabatı sumqayitxeber.com-a təqdim edib. Hesabatda yazılır ki, bir ildə millət vəkili əsasən aşağıdakı istiqamətlərdə fəaliyyət göstərib:

  • Qanunvericilik sahəsində. Milli Məclisin iclaslarında cari məsələlərin və qanun layihələrinin müzakirəsi zamanı dəfələrlə çıxış edərək təkliflərini söyləyib, Sumqayıtdakı yataqxanaların probleminin həlli məsələlərini gündəliyə gətirib. Büdcə  və hökumətin hesabatının müzakirəsi zamanı Sumqayıt şəhərinə daha çox diqqət ayırmağı xahiş edib.
  • Seçicilərlə iş. Millət vəkili seçiciləri üçün əlçatan olmuş, onları müraciət etdiklərindən dərhal sonra qəbul edib, müraciətlərinə baxıb, həlli üçün müvafiq qurumlara göndərib, nəzarətə götürüb. Seçiciləri ilə görüşlərinin qısa xronologiyası və məzmunu əsasən aşağıdakı kimi olub: 05 fevralda Autizm xəstələrinin  şəraiti və problemləri ilə tanışlıq. Görüşdən sonra onların probleminin həllini  Milli Məclisdə hökumətin qarşısında qaldırıb; 19 martda  Novruz bayramı ərəfəsində seçicilərlə görüş və bayram tədbirlərində iştirak; 25 apreldə Sumqayıt Dövlət Dram Teatrında görkəmli ictimai xadim və alim Zərifə xanım Əliyevanın doğum gününə həsr edilmiş yeni tamaşanın təqdimatında iştirak və mədəniyyət və ictimai xadimlərlə görüş; 10 mayda  Ulu Öndər Heydər Əliyevin doğum günü və Gül bayramı ilə əlaqədar olaraq Sumqayıt şəhərində tədbirlərdə iştirak və seçicilərlə görüşlər; 11,17,25 iyun tarixlərində  4,5 və 6-cı mikrorayonların sakinləri ilə görüşlər; 24 sentyabrda Sumqayıt Şəhər Günündə iştirak; Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin Sumqayıt şəhərinə səfərləri çərçivəsində tədbirlərdə iştirak; kitab təqdimatı mərasimlərində iştirak; seçicilərin xeyir-şər mərasimlərində yaxından iştirak; məktəblərdə, uşaq bağçalarında və poliklinikalarda  görüşlər və s.
  • Hesabat ilində millət vəkili Musa Qasımlının ünvanına təkcə sumqayıtlı seçicilər deyil, eyni zamanda ölkənin digər rayonlarının sakinləri tərəfindən 26 yazılı müraciət daxil olub. Sosial-iqtisadi  xarakterli müraciətlərın sayı  18 olub. 10 müraciət mənzil və ev təminatı, təqaüdlərin hesablanmasına aid olub. Onların  6-cı aidiyyatı qurumlara baxılmaq üçün göndərilib və icraatdadır. 4-ü deputat səlahiyyətinə daxil olmadığı üçün əsassız sayılıb.  8 müraciət işlə təmin olunma, ödənilməmiş əmək haqqının qaytarılması və s. mövzuda olub. Onlardan  3-ü müsbət həll edilib,  2-si  aidiyyatı qurumlara baxılmaq üçün göndərilib, 3-ü isə dövlət qulluğuna imtahansız keçmək, İqtisad Məhkəməsində hüquqların qorunması kimi qanunsuz və deputat səlahiyyətlərinə daxil olmayan müraciətlər olduğu üçün əsassız sayılıb. 8 müraciət torpaq sahələrinin sənədləşdirilməsi və xeyir-şər evlərinin təmiri ilə bağlı olub. 2 müraciət müsbət həll edilib, 4-ü isə aidiyyatı orqanlarda baxılmaqdadır. Müraciətlərin 2-ci deputat səlahiyyətlərinə aid olmadığı üçün əsassız sayılıb.
  • Bunlarla yanaşı olaraq millət vəkili, professor Musa Qasımlı elmi fəaliyyətini də davam etdirib. Onun tariximizlə və ermənilərin torpaqlarımıza yerləşdirilməsi, əsassız ərazi iddiaları ilə  bağlı Azərbaycanda 1 kitabı, 1 məqaləsi,  xaricdə 1 monoqrafiyası, 1 məqaləsi nəşr edilib. Professor  5 beynəlxalq elmi simpoziumda etdiyi məruzələrlə Azərbaycan tarix elmini layiqincə təmsil edib. O, Türkiyədə keçirilən “Azərbaycan həftəsi” çərçivəsində Ədirnə və Bandırmada keçirilən simpoziumlarda böyük maraq doğuran elmi məruzlərlə çıxış edib. Millət vəkili, professor  Musa Qasımlı həmçinin Harvard Universiteti Mərkəzi Avrasiya Araşdırmaları cəmiyyətinin, Arizona Universitetindəki Avrasiya Araşdırmaları cəmiyyətinin üzvü (ABŞ), YUNESKO-nun Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (Ukrayna), TURAN Strateji Araşdırmalar Mərkəzinin, Orta Asiya və Qafqaz Araşdırmaları Qurumu,  Türk SAM üzvü (Türkiyə) olaraq fəaliyyətini, “Avrasiya Araşdrımaları”, “TURANSAM”, “Türk eli” (Türkiyə), “Rumın Avrasiya Araşdırmaları” (Rumıniya) və “Kavkaz i mir” (Gürcüstan)  jurnalının redaksiya heyətinin üzvlüyünü davam etdirib. Bir neçə görkəmli xarici alim professor Musa Qasımlının son illərdə Rusiyada nəşr edilən əsərlərinə nüfuzlu beynəlxalq elmi jurnallarda müsbət rəylər yazıblar.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın