Menu
Geri İrəli

Sumqayıtın millət vəkili Muxtar Babayev Çili və Uruqvayda səfərdə olub

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Mart 2015 • Baxış sayı: 820 dəfə • Şərh yoxdur
37210_1   635616912100496200m12-13 mart tarixlərində Milli Məclisin Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Muxtar Babayevin rəhbərliyi ilə parlament nümayəndə heyəti Çilidə səfərdə olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinə, habelə millət vəkilləri Asim Mollazadə və Aslan Cəfərov daxil olub.Səfər vaxtı Azərbaycan nümayəndə heyəti Çili Senatının sədri Patricio Valker Prieto, Deputatlar Palatasının sədri Aldo Cornejo Gonzales, Çili Milli Konqresinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupları ilə fərdi görüşlər keçiriblər.

Görüşlərdə Azərbaycan və Çili arasında parlamentlərarası əlaqələrin inkişafı, bu xüsusda dostluq qrupları arasında təmasların gücləndirilməsi, habelə iki ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinə parlamentlərin verəcəyi dəstək mövzuları müzakirə olunub. Görüşlərdə regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın enerji strategiyası, qlobal enerji təhlükəsizliyindəki rolu, mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələr kimi mövzular ətrafında da fikir mübadiləsi aparılıb. Çili parlamentarları 2014-cü ildə Azərbaycanın Çilidə diplomatik nümayəndəliyinin təsis edilməsini yüksək qiymətləndirib və bu yaxınlarda Çili Milli Konqresində qəbul olunmuş, Çilinin də Azərbaycanda tezliklə diplomatik missiyasının fəaliyyətə başlamasının vacibliyi ilə əlaqədar parlament adından hökumətə müraciəti nəzərdə tutan qətnamənin surətini Azərbaycan nümayəndə heyətinə təqdim edib.
Səfər çərçivəsində Azərbaycan parlamentarları Çilinin iqtisadiyyat, inkişaf və turizm naziri Luis Felipe Cespedes, enerji naziri Maximo Pacheco, xarici işlər nazirinin əvəzləyici müavini Gustavo Ayares Ossandon, habelə Çilinin dövlət enerji şirkətinin baş direktoru Marcelo Tokman Ramos ilə də görüşlər keçirib. Görüşlərdə Azərbaycan-Cili əməkdaşlığının genişləndirilməsi üçün kənd təsərrüfatı, şərabçılıq, neft və qaz, dağ-mədən, elm və texnologiya sahələrində geniş imkanların mövcudluğu bildirilib, bu xüsusda iki ölkənin müvafiq qurumları arasında təmasların gücləndirilməsinin vacibliyi qeyd olunub. Əlaqələrin inkişafı üçün iki ölkə arasında qarşılıqlı rəsmi səfərlərin, biznes missiyaların təşkili, müqavilə-hüquq bazasının inkişafının əhəmiyyəti də vurğulanıb. Tərəflər iki ölkənin xalqları arasında təmasların yaxınlaşması üçün turizm, təhsil, mədəniyyət və humanitar sahələrdə də əlaqələrin təşviqinin vacibliyini bildiriblər. Görüşlərdə, habelə regional məsələlər, Azərbaycan və Çilinin yerləşdiyi bölgələrdəki vəziyyətlə bağlı fikir mübadiləsi də aparılıb.
Səfər vaxtı, eyni zamanda Çili Xarici İşlər Nazirliyinin Andres Bello adına Diplomatik Akademiyasında “Azərbaycanın inkişaf strategiyası” mövzusunda təqdimat keçirilib. Tədbirdə çıxış edən millət vəkilləri Muxtar Babayev və Asim Mollazadə Azərbaycanın dövlətçilik ənənələri, son illərdə əldə etdiyi yüksək sosial-iqtisadi nailiyyətlər, regional liderliyi, həyata keçirdiyi strateji enerji və infrastruktur layihələri, qlobal enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu, dünyada sülhün bərqərar olunmasına verdiyi töhfələr, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, münaqişənin yaratdığı humanitar faciə, münaqişənin tezliklə nizamlanmasının regiondakı vəziyyətə göstərəcəyi təsir, ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi önəm, Azərbaycanda elm, təhsil, yüksək texnologiyalar sahələrində dövlət siyasəti barədə məlumat veriblər. Çıxışlardan sonra natiqlər auditoriyanın suallarını da cavablandırıblar.
***

11 mart tarixində Milli Məclisin Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Cavanşir Feyziyevin rəhbərliyi ilə parlament nümayəndə heyəti Uruqvay Şərq Respublikasında səfərdə olub.

Nümayəndə heyətinə, habelə millət vəkilləri Muxtar Babayev, Asim Mollazadə, Fuad Muradov və Aslan Cəfərov daxil olublar.

Azərbaycanın Respublikasının Uruqvaydakı diplomatik missiyasından Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Uruqvay Şərq Respublikasının vitse-prezidenti, Baş Assambleyasının və Senatının sədri Raul Sendic tərəfindən qəbul edilib. C.Feyziyev Uruqvayın vitse-prezidentini Uruqvayda keçirilmiş seçkilərdəki qələbəsi və qısa müddət öncə vəzifəsinə başlaması münasibətilə Milli Məclisin rəhbərliyi adından təbrik edib. Təbrikə görə təşəkkür edən Uruqvayın vitse-prezidenti növbəti illər ərzində Uruqvay-Azərbaycan arasında əlaqələrin inkişafı üçün lazımi dəstək göstərməyə hazır olduğunu bildirib. Görüşdə iki ölkə arasında iqtisadi-ticarət, enerji, kənd təsərrüfatı, humanitar sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğu bildirilib və mövcud imkanlardan bəhrələnmək üçün birgə fəaliyyət planları müzakirə olunub. Azərbaycan parlamentarları ölkəmizin inkişaf strategiyası, son illərdə sosial-iqtisadi sahələrdə əldə etdiyi yüksək nailiyyətlər, regional siyasətdəki rolu, qlobal enerji təhlükəsizliyinə, mədəniyyətlərarası dialoqa verdiyi töhfələr barədə məlumat veriblər.

Səfər vaxtı Azərbaycan parlament nümayəndə heyəti Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədri Alexnadro Sanches ilə də görüşüblər. Millət vəkili C.Feyziyev parlament seçkilərində qələbəsi və yaxın günlərdə yeni vəzifəsində fəaliyyətə başlaması münasibətilə Milli Məclisin rəhbərliyinin təbriklərini R.Sanchesə çatdırıb.

Azərbaycanın Latın Amerikası ölkələri ilə əlaqələrinin inkişafı çərçivəsində Uruqvayla əməkdaşlığa diqqət göstərməsi, bu xüsusda Montevideoda diplomatik missiyasının təsis olunduğunu bildirən C.Feyziyev ölkəmizin bütün sahələrdə Uruqvayla əlaqələrin inkişafına hazır olduğunu deyib. Təbriklərə görə təşəkkür edən və Azərbaycan nümayəndə heyətinin Uruqvaya səfərə gəldiyinə görə məmnunluğunu bildirən A.Sanches ölkəsinin də Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğu və iki ölkə arasında bir-birini tamamlayan imkanlardan bəhrələnməyin hər iki ölkənin xalqlarının mənafeyinə xidmət göstərdiyini deyib. Görüşdə Azərbaycan-Uruqvay arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları, eyni zamanda regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. R.Sanches Uruqvayın sülhpərvər ölkə olduğunu və ənənvi olaraq dövlətlərin suverenliyinə hörmət və münaqişələrin sülh yolu ilə həlli mövqeyindən çıxış etdiyini deyib.

Görüşlərin ardınca Uruqvay parlamenti tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib.

Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşdə Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişafı üçün birgə fəaliyyət istiqamətləri müzakirə edilib. Azərbaycanı Uruqvay üçün dost ölkə adlandıran nazir R.N.Novoa iki ölkənin beynəlxalq məsələlərə münasibətdə oxşar baxışlara malik olmasını, beynəlxalq təşkilatlar, xüsusilə də BMT çərçivəsinə səmərəli əməkdaşlığının mövcudluğunu, habelə bir-birini tamamlayan iqtisadiyyatlara malik olmasını əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli əsaslar kimi xarakterizə edib və Uruqvay hökumətinin Azərbaycanla növbəti illər ərzində əlaqələrin inkişafı istiqamətində çalışmağa hazır olduğunu deyib. Görüşdə regional məsələlər, xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparılıb. Nazir R.N.Novoa Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə Uruqvayın mövqeyini açıqlayaraq bildirib ki, münaqişə beynəlxalq hüquqa uyğun olaraq həll edilməli, münaqişə ilə bağlı BMT TŞ-nin qətnamələri yerinə yetirilməli, bir ölkə tərəfindən digər ölkənin ərazisinin silahlı işğalına yol verilməməli və münaqişənin nizamlanmasında dövlətlərin ərazi bütövlüyü prinsipi əsas götürülməlidir.

Uruqvayın məsələ ilə bağlı mövqeyinə görə təşəkkürünü bildirən Azərabycan tərəfi münaqişənin nizamlanmasının bölgədə davamlı və möhkəm sülhün bərqərar olunması, əməkdaşlıq, interqrasiya və hərtərəfli inkişafın təmin edilməsinə verəcəyi töhfələrdən danışıb.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Uruqvay neft şirkəti olan ANAP-ın rəhbərliyi ilə görüşərək, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Azərbaycan parlament nümayəndə heyətinin Uruqvaya səfəri istər bu ölkənin, istərsə də dünyanın ispandilli mətbuatının diqqət mərkəzində olub. Dərc olunmuş məlumatların bir qismi ilə aşağıdakı müvafiq ünvanlarda tanış ola bilərsiniz.

https://es-us.noticias.yahoo.com/parlamentarios-azerbaiy%C3%A1n-viajar%C3%A1n-uruguay-reforzar-lazo-bilateral-164300537.html

http://contactohoy.com.mx/parlamentarios-de-azerbaiyan-visitan-uruguay/

http://www.radiomontecarlo.com.uy/2015/03/10/nacionales/gobierno/sendic-recibira-a-legisladores-de-azerbaiyan/

http://mexico.servidornoticias.com/187_america/2995595_energia-y-petroleo-centran-la-visita-a-uruguay-de-parlamentarios-de-azerbaiyan.html

http://www.prensa-latina.cu/index.php?option=com_content&task=view&idioma=1&id=3612281&Itemid=1

37210_2
37210_3
Facebook Şərhləndirmə:

Şərhinizi yazın