Menu
Geri İrəli

Sumqayıtın millət vəkili sahibkarlara çağırış etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Yanvar 2016 • Baxış sayı: 961 dəfə • Şərh yoxdur

Milli Məclisin İqtisadi siyasət, səneye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili devalvasiya zamanı qiymətlərin müəyyənləşməsi ilə bağlı sahibkarlara çağırış edib.

“sumqayitxeber.com” millət vəkilinin açıqlamasını tədqdim edir:

“2015-ci ildə manatın kursunda baş verən dəyişikliklər açıq bazar iqtisadiyyatlı ölkələr üçün hər zaman normal proses sayılıb. Devalvasiya bir iqtisadi alətdir, iqtisadi tənzimləmələrdə geniş tətbiq olunur. Sadəcə biz bu terminə və bu cür məzənnə dəyişikliklərinə öyrəşməmişdik. Ancaq dünyada baş verən siyasi və iqtisadi təlatümlər, dünya bazarında qiymət oyunları və s əsasən neftdən asılı olan Azərbaycana təsir etməyə bilməzdi və etdi də. Ancaq bu proses təkcə neftdən asılı olan ölkələrdə baş vermir. Məsələn, avro və dolların son illər kurslarına fikir versəz, avronun da son illərdə 30%-dən çox devalvasiya etdiyini görər və ya hec neft ixrac etməyən Türkiyə, Gürcüstan, Belarus kimi ölkələrdə də milli valyutaların əhəmiyyətli dərəcədə devalvasiyalarını görə bilərik.

Ancaq mən bu gün devalvasiyanın səbəblərindən və ya fəsadlarından yox, qısa bir izahatda devalvasiya baş verən zaman sahibkarların düzgün qərar vermə mexanizmlərindən birini açıqlamaq istərdim. Xüsusilə də devalvasiya zamanı qiymətlərin müəyyənləşməsində doğru qərarların verilməsi sahibkarıların özləri üçün də çox vacibdir. Hazırda ölkədə baş verən birdən-birə qiymət artımı hər kəsi narahat etməkdədir. Bununla bağlı inzibati və digər metodlarla mübarizə də aparılır. Müvafiq tapşırıqlar da verilib.

Tahir Mirkishili adlı birinin şəkli.

Təbiidir ki, devalvasiya şəraitində xüsusilə də idxal olunan məhsulların qiymətlərinin artırılması qaçılmazdır. Bir çox hallarda sahibkarlar qiymət artımının yeganə yol olduğunu düşünür, bunun hansı fəsadlara gətirib çıxaracağını düşünmürlər. İqtisadi nəzəriyyələr göstərir ki, qiymət artımı zamanı məhsullara olan tələb azalır. Yəni alıcılar qənaət rejiminə keçirlər, alışlarını həddən artıq azaldırlar. Amma, müasir marketinq fəaliyyəti imkan verir ki, qiymətlərin artımı tələbi də artırsın. Bu onunla izah olunur ki, qiymətlərin birdən birə deyil, tədricə artması alıcnı “hələ ki qiymətlər çox qalxmayıb” prinsipi ilə daha çox almağa sövq edir. Alıcı hətta o məhsulları da alır ki, əvvəl heç onu almağı düşünmürdü. Qiymətlərin birdən-birə artması isə tam tərsinə olaraq, alıcıları qərar verməyi qorxudur, alışlaq azalır, alıcılar bütün vəsailərini xarici valyutaya dəyişib, gözləmə mövqeyinə keçirlər. Bu isə bazarı kiçildir, satışların kəskin düşməsinə səbəbə olur, və nəticədə elə həmi sahibkarların bazarı itirməsinə və biznes subektlərinin bağlanmasına gətirib çıxarır.
Ona görə də , devalvasiya şəraitində ən düzgün iqtisadi qərar qiymət artımına bazara və alıcıya yatırılmış investisiya kimi baxaraq, kurs dəyişməsinə görə yox, bazar tələbinin artmasına yönəlik olaraq qiymətləri tədricən artırmaq lazımdır. Məhz bu siyasət onlara bazarda qalmaq, inkişaf etmək imkanı verəcəkdir! Bu həm də bir sosial məsuliyyətdir.”

Tahir Mirkishili adlı birinin şəkli.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın