Menu
Geri İrəli

Sumqayıtın millət vəkili seçicilərə müraciət edib : “Sizlərlə birgə böyük uğurlara imza atacağıq”

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2015 • Baxış sayı: 691 dəfə • Şərh yoxdur

Tahir4

“sumqayitxeber.com” xəbər verir ki, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən millət vəkili seçilən Tahir Mirkişili rəsmi facebook səhifəsindən seçicilərə müraciət edib.

“sumqayitxeber.com” millət vəkili Tahir Mirkişilinin  Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclasının keçirilməsi ilə bağlı müraciətini təqdim edir:

“Əziz Seçicilər!

2015-ci il 01 noyabr tarixində Milli Məclisə keçirilən seçkilərin nəticələri Konstitutsiya Məhkəməsi tərəfindən təsdiq olunduqdan sonra bu gün Milli Məclis yeni tərkibdə ilk iclasını keçirtdi.
Bu gündən etibarən mən Sumqayıt şəhəri 42 saylı seçki dairəsindən Milli Məclisə seçilmiş deputat kimi fəaliyyətə başlayıram. Möhtərəm Prezidentimizin parlamentdə çox əhatəli çıxışı bu başlangıc üçün güclü motivasiyalı bir yol cızdı.

Mən ilk öncə bir daha seçkilərədə Yeni Azərbaycan Partiyasına və onun namizədinə inanan, etibar edən və onu seçən bütün seçicilərə öz minnətdarlığımı bildirərəm! Bu proseslərdə əməyi keçən hər bir kəsə, bizim seçki qərargahının üzvlərinə təşəkkürümü bildirirəm!

Parlamentin qarşısında önümüzdəki illərdə çox mühüm məsələlərin həlli dayanır. Çox maraqlı bir dövrdə yaşayırıq. Yeni yaranmış komitələr parlamentin fəaliyyətinin daha əhatəli və dinamik olacağından xəbər verir.

Fəaliyyət dövrümdə mənə ses verən və hətta ses verməyən, seçkidə iştirak etməyən bütün seçicilərin Milli Məclisdə vəkili olmağa çalışmaqla, sizlərlə bir yerdə daha böyük uğurlara imza atacağıq! Mən buna inanıram və inanaraq da fəaliyyətə başlayıram!”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın